Elvin Yusubov: “Bu problemlər öz həllini tapmış olsa bələdiyyənin büdcə gəlirləri daha çox ola bilərdi”
“Muxax bələdiyyəsi bu gün əsas diqqəti əmlak və torpaq vergisinin yığımına yönəldib“- bu fikriləri adıçəkilən bələdiyyənin sədri Elvin Yusufov deyib.
Sədrin
sözlərinə görə, məhz bu diqqətin nəticəsidir ki, son üç il ərzində yerli vergilərin
həcmi dörd dəfəyədək artıb. Bunlardan əmlak vergisinin həcmi 6.7 dəfə, torpaq
vergisinin həcmində isə 2.6 dəfə artım
müşahidə olunub. 2024 -cü ilin yanvar ayı ilə müqayisədə ümumi büdcə gəlirlərində də cari ilin yanvar
ayında yüz faizlik artım əldə olunub. Ərazidə sənədsiz əmlakın mövcudluğu, həmçinin
bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindəki yaranan süni problemlər
aradan qalxmış olsa bələdiyyənin büdcə gəlirləri daha çox ola bilərdi. Bu gün bələdiyyənin qarşısında dayanan ən
vacib məsələ vətəndaşın bələdiyyədən razı getməsinə nail olmaqdır. Odur ki, ilk
növbədə büdcə gəlrilərinin artmasını, o cümlədən debitor borcların yığılmasını diqqət mərkəzində saxlayırıq.
Sədr
diqqəti bəzi rəqəmlərə də çəkdi:
2024-ci
il üzrə əmlak vergisi 377 manat, torpaq
vergisi 1154 manat, bələdiyyə mülkiyyətinin icrasi 1439
manat, bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsi 80 manat, stasionar ticarət
və digər istiqamətlərdən 1.137 manat cəmi 4187 manat əldə olunub
2025-ci
il üzrə əmlak vergisi 728 manat, torpaq vergisi 966 manat, bələdiyyə mülkiyyətinin icrasi 110 manat,
bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsi 0 manat, stasionar ticarət və digər istiqamətlərdən 1.834 manat cəmi 3638 manat əldə olunub
2026-ci
il üzrə əmlak vergisi 2971 manat, torpaq vergisi 4257
manat, bələdiyyə mülkiyyətinin icrasi 545 manat, bələdiyyə mülkiyyətinin
özgəninkiləşdirilməsi 0 manat, stasionar ticarət və digər istiqamətlərdən 715 manat cəmi 8488 manat əldə olunub.
Bu gün bələdiyyənin vergi xidməti BAMS-ın verdiyi imkandan yararlanaraq büdcə gəlirlərinin artırlamsı üçün ciddi işlər aparmaqddır.
Belediyye.info
Rəylər
0 Rəy