Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

01-02-2026 , 13:10

488

Son xəbərlər

Bütün xəbərlər

Bələdiyyələr hara daha çox pul xərcləyir?

Gündəlik Xəbərlər
09-02-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Bələdiyyə sədri: “Rayon prokurorluğu bələdiyyəyə təşəkkür məktubu göndərib”

 

“Nəsimi bələdiyyəsinin ərazisində hər hansı qəbirstanlıq mövcud deyil. Odur ki, bu sahədə bələdiyyə tərəfindən hər hansı formada xidmətlərin göstərilməsi mümkün deyil, lakin vəfat etmiş kimsəsiz  rayon sakinlərinin dəfn prosesi qanunvericiliyin tələblərinə görə bələdiyyənin  öhdəsindədir. Bununla yanaşı dəfn üzrə müavinətlərin verilməsi üçün bələdiyyəyə müraciət edən hər bir sakinə müvafiq şöbənin əməkdaşları öz diqqət  və qayğısını əsirgəmir”- bu fikirləri Belediyye.infoya  Nəsimi bələdiyyəsinin sədri Əziz Zeynalov deyib.

Sədr qeyd edib ki, kimsəsizlərin dəfni  Nazirlər Kabinetinin 04 dekabr 2018-ci ildə 522 saylı qərarı ilə təsdiq edilmiş “Qəbirstanlıqların salınması və idarə olunması Qaydalarının 23.1 bəndinə əsasən vəfat etmiş kimsəsiz rayon sakininin dəfn prosesi bələdiyyə tərəfindən həyata keçirilir və dəfn xərcləri yerli bələdiyyə vəsaiti hesabına ödənilir.  Bələdiyyə ərazisində qəbirstanlıq mövcud olmadığından bu proses digər bələdiyyə ərazisində qəbirstanlıq sahəsində aparılır. Onu əlavə edək ki, Qanunvericliyin tələblərinə uyğun olaraq şəxsin dini mənsubiyyəti məlumdursa, dəfn həmin dini adət-ənənələrə uyğun icra edilir.

Bu prosesin icrası Nəsimi bələdiyyəsində yerli sosial məsələlər daimi komissiyasının sədri Arzu Məmmədova həvalə edilib.

Bu günlərdə bələdiyyənin ünvanına yerli sosial məsələlər daimi komissiyasının bu prosesin icrasında göstərdiyi diqqətə görə Nəsimi rayon prokurorluğu tərəfindən təşəkkür məktubu daxil olub.

Sədr qeyd edib ki, bu gün bələdiyyə kollektivinin əsas məqsədi ölkə başçısının da tələb etdiyi vətəndaş məmnuniyyətinin təmin etməyə yönəlib. Odur ki, kollektivimiz bundan sonra bu və digər sahələrdə vətəndaşlarımıza – seçicilərimizə layiqli xidmətlərini davam etdirəcəklər. 

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər