Telman Süleymanov: “Bələdiyyənin azsaylı kollketivində gənclərin xüsusi yeri və çəkisi var”
“Bu gün hər kəsə məlumdur ki, 2 feval gününün Gənclər Günü kimi elan olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsas qoyuldu”- bu fikirləri Xəzər rayonu Şüvəlan bələdiyyəsinin sədri Telman Süleymanov deyib.
Sədrin
sözlərinə görə, 1997-ci ildən isə Prezident sərəncamı ilə 2 fevral Azərbaycanda
Gənclər Günü kimi qeyd olunmağa başaladı. Əsası Ulu Öndər tərəfindən tərəfindən
qoyulan dövlət gənclər siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə idarəetmə
bacarığı ilə seçilən intellektual, dünyagörüşlü yeni nəsil yetişmişdir.
Əsası Ulu
Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs bu gün ölkə Prezidenti cənab
İlham Əliyev tərəfindən uğurla davam etdirilr. Prezident İlham Əliyevin rəhbərliyi
ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına
təkan vermiş, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol
oynamışdır. Bu siyasət çərçivəsində uğurla icra olunan bir sıra tədbirləri
sadalamaqla biz gənclərimizin dövlətçiliyə bağlı, intelektual, yüksək
dünyagörüşlü bir qüvvə kimi formalaşmasının şahidi oluruq.
Sədr sonda
qeyd edib ki, bələdiyyənin azsaylı kollketivində gənclərin xüsusi yeri və çəkisi
var. Bu gün bələdiyyənin vergi xidmətində yalnız gənclər çalışır. Məhz Şüvəlan
bələdiyyəsinin əldə etdiyi uğurlarda bu gənclərin də - istər vergi yığımının
artmasında, istərsə də həyata keçirilən layihələrin icrasında öz töhfəsi var. Biz onlara inanmaqla, həm də
bu gənclərin üzərilərinə məsuliyyət qoymaqla, həmdə onalrın kadr kimi yetişməsinə
yardımçı oluruq.
Bu əziz
bir gündə qətiyyətlə deyə bilərik ki, ölkə gəncləri, o cümlədən bələdiyyə sistemində
çalışan gənclər Prezident Cənab İlham
Əliyevin uğurla apardığı daxili və xarici kursu alqışlayr, bu siyasətin
icrasında daim onun yanındadır. Əziz gənclər bayramınız mübarək!
Belediyye.info
Rəylər
0 Rəy