Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

31-01-2026 , 13:10

519

Son xəbərlər

Bütün xəbərlər

Bələdiyyələr hara daha çox pul xərcləyir?

Gündəlik Xəbərlər
09-02-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Telman Süleymanov: “Bələdiyyənin azsaylı kollketivində gənclərin xüsusi yeri və çəkisi var”

 “Bu gün hər kəsə məlumdur ki, 2 feval gününün Gənclər Günü kimi elan olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsas qoyuldu”- bu fikirləri Xəzər rayonu Şüvəlan bələdiyyəsinin sədri Telman Süleymanov deyib.

Sədrin sözlərinə görə, 1997-ci ildən isə Prezident sərəncamı ilə 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunmağa başaladı. Əsası Ulu Öndər tərəfindən tərəfindən qoyulan dövlət gənclər siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü yeni nəsil yetişmişdir.

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilr. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynamışdır. Bu siyasət çərçivəsində uğurla icra olunan bir sıra tədbirləri sadalamaqla biz gənclərimizin dövlətçiliyə bağlı, intelektual, yüksək dünyagörüşlü bir qüvvə kimi formalaşmasının şahidi oluruq.

Sədr sonda qeyd edib ki, bələdiyyənin azsaylı kollketivində gənclərin xüsusi yeri və çəkisi var. Bu gün bələdiyyənin vergi xidmətində yalnız gənclər çalışır. Məhz Şüvəlan bələdiyyəsinin əldə etdiyi uğurlarda bu gənclərin də - istər vergi yığımının artmasında, istərsə də həyata keçirilən layihələrin icrasında  öz töhfəsi var. Biz onlara inanmaqla, həm də bu gənclərin üzərilərinə məsuliyyət qoymaqla, həmdə onalrın kadr kimi yetişməsinə yardımçı oluruq.

Bu əziz bir gündə qətiyyətlə deyə bilərik ki, ölkə gəncləri, o cümlədən bələdiyyə sistemində çalışan gənclər  Prezident Cənab İlham Əliyevin uğurla apardığı daxili və xarici kursu alqışlayr, bu siyasətin icrasında daim onun yanındadır. Əziz gənclər bayramınız mübarək!

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər