Əziz Zeynalov: “Vergi xidmətinin əsas məqsədi ödənilən rüsumların reallığı əks etdirməsinə çalışmaqdır”
“Bu gün bələdiyyə yerli vergilərin yığımı ilə yanaşı, həm də rüsumların yığımına diqqəti artırmalıdır”- bu fikirləri Belediyye.infoya Nəsimi bələdiyyəsinin sədri Əziz Zeynalov deyib.
Sədr qeyd edib ki, bələdiyyənin vergi xidmətinin fəaliyyəti sayəsində 2019-cu illə müqayisədə 2025-ci ildə mehmanxanalar üzrə rüsumların yığım səviyyəsi 95.2 faiz artıb.
Belə ki, bələdiyyə əgər 2019- cu ildə 214.711 manat mehmanxana rüsumu əldə etmişdisə, bu rəqəm ötən il 419.119 manata bərabər olub.
Hazırda rayon ərazisində fəaliyyətdə olan bütün mehmanxanalar bələdiyyənin vergi xidmətində uçota
alınıblar.
Vergi xidmətinin bu gün əsas məqsədi ödənilən rüsumların reallığı əks etdirməsinə çalışmaqdır. Məhz bu fəaliyyətin nəticəsidir ki, mehmanxana rüsumunun ümumi büdcə gəlirində tutduğu yerin həcmi 20 faizə çatıb.
Belediyye.info
Rəylər
0 Rəy