Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

07-01-2026 , 01:05

1302

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Əziz Zeynalov: “Hər bir bələdiyyə həm də rəqəmlərlə ifadə olunan hesabatı seçicilərinə açıqlamalıdır”

“Artıq hər bir bələdiyyənin  hesabat vaxtıdır. Bələdiyyənin vergi xidməti də bu istiqamətdə ötən ildəki fəaliyyətinə yekun vurmaqla, cari ildəki fəaliyyət proqramını müəyyən edib. Dünən yeni ilin ilk iş günündə  bələdiyyənin vergi xidmətinin  əməkdaşlarının iştirakı ilə keçirilən görüşdə  ötən ilə yekun vurulub, mövcud fəaliyyətə qiymət verməklə, həm də  cari il üçün strateji yol xəritəsi çəkilib”- bu fikirləri Belediyye.infoya Nəsimi bələdiyyəsinin sədri Əziz Zeynalov deyib.

Sədr qeyd edib ki,  ötən ildə bələdiyyənin büdcə gəlirlərində ümumilikdə 32 fazilik artım müşahidə olunub. Ancaq yerli vergilərin həcmində bu artım 41 faizi keçib.

2025-ci ildə bələdiyyənin ümumi büdcə gəlirləri 2.139.000 manata bərabər olub ki, bununda 1.676.000 manatı əmlak vergisindən, 419 min manatı isə mehmanxana rüsumlarından daxil olub. 2023- cü illə müqayisə də isə bu rəqəmlərdə artım səviyyəsi  52 faizə bərabər olub.

Sədr qeyd edib ki, hər bir bələdiyyə həm də rəqəmlərlə ifadə olunan hesabatı seçicilərinə açıqlamalıdır. Şəffaflığın təmin edilməsi bələdiyyənin üzərinə düşən əsas vəzifələrdən biridir. Çünki hər bir seçici bilməlidir ki, bələdiyyənin əldə etdiyi vəsait son nəticədə qəpiyinədək seçicinin qaldırdığı problemlərin həllinə yönəldilir.

Cari ildə isə bələdiyyənin əsas hədəfi büdcə gəlirlərinin həcmini daha 40 faiz artırmaqdır. Bu gün vergi xidmətinin əsas fəaliyyəti məhz bu istiqamətə yönəlib.

Bu gün vergi xidmətindən bir tərəfdən BAMS -ın verdiyi bütün  imkanlardan səmərəli şəkildə istifadə etmək, digər tərəfdən növbəti il üzrə bildirişlərin onlyan şəkildə paylaşılmasına indidən hazırlaşmaq tələb olunur. Dşünürəm ki, fəaliyyətimizlə qarşımıza qoyduğumuz hədəfə çata biləcəyik.   

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər