Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

19-11-2025 , 18:45

1464

Son xəbərlər

Bütün xəbərlər

Bələdiyyələr hara daha çox pul xərcləyir?

Gündəlik Xəbərlər
09-02-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

İdarə heyətinə seçilənlər sırasında Əhmədli bələdiyyəsinin sədri də var


Dünən  Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının Ümumi Yığıncağı keçirilib. Yığıncaqda Assosiasiyanın İdarə Heyətinin 15 üzv seçilib. İdarə heyətinə üzv seçilənlər arasında Xətai rayonu, Əhmədli bələdiyyəsinin sədri Allahverdi Həsənli  də var.  Seçki prosesində Allahverdi Həsənli həm də assosiasiya sədrinin müavini seçilib

2019 və 2024-ci illərdə bələdiyyə üzvü seçilən Allahverdi Həsənli 2022-ci ilin may ayında Əhmədli bələdiyyəsinin sədri vəzifəsinə seçilib. Allahverdi Həsənli bundan əvvəl bələdiyyə həmkarlar təşkilatında məsul vəzifələrdə çalışıb.

Allahverdi Həsənlinin bələdiyyəyə gəlişi ilə bu qurumda canlanma  baş verib.

26 il ərzində fəaliyyəti hiss olunmayan Əhmədli bələdiyyəsi bu gün fəaliyyəti ilə ciddi əks-səda yarada bilib.  Bu günədək bələdiyyənin külli miqdarda olan DSMF və digər  borclar  bağlanmış, qəsəbənin abadlıq quruculuq işlərində RİH-in həyata keçirdiyi layihələrə öz dəstəyini göstərə bilmişdir.

Uğurlu, düsərli olsun deyirik.

Belediyye.info

Rəylər

1 Rəy

Qurbət Nuryev

19-11-2025, 2 ay əvvəl

Uğrlar arzlayrq .

Cavabla

Rəy yaz

Oxşar xəbərlər