Əziz Zeynalov: “Ulu öndər Heydər Əliyev zamanın çağırışına cavab verən, zamanı qabaqlayan dahi şəxsiyyət idi”
“Azərbaycan xalqının taleyində böyük əhəmiyyətə malik elə günlər var ki, həmin vaxtlarda onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub”- bu fikirləri Nəsimi Bələdiyyəsinin sədri Əziz Zeynalov bildirib.
Sədr
bildirib ki, belə günlərdən biri də məhz oktyabrın 3-nə təsadüf edir. Həmin gün
xalqımız özünün gələcək taleyini, müqəddəratını həll edən seçim etdi. 1993-cü
il oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində Heydər Əliyev
xalqımızın böyük əksəriyyətinin etimadını qazandı. Ulu Öndər 98,84 faiz səslə
Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu, Azərbaycan xalqı üçün mühüm
tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk
pilləsi idi.
Heydər
Əliyevin seçkilərdə böyük üstünlüklə qələbə qazanması xalqımızın Ulu Öndərə,
onun möhkəm siyasi iradəsinə və yüksək nüfuzuna, idarəçilik istedadına olan dərin
inamından qaynaqlanırdı. Azərbaycan xalqı bilirdi ki, bu ağır və böhranlı dövrdə
ölkəyə sahib çıxa biləcək Heydər Əliyev kimi liderə ehtiyacı var.
Sədr bildirib
ki, həyatının mənasını xalqına və dövlətinə xidmətdə görən Ulu Öndərin müstəqil
gənc respublikamıza rəhbərlik etdiyi dövrdə gördüyü əvəzsiz işlər Azərbaycanı
çox qısa müddətdə beynəlxalq arenada böyük nüfuza və söz sahibinə malik bir ölkəyə
çevirdi.
Ümummilli
Liderin qarşıya qoyduğu ümdə vəzifələrdən biri də milli dövlət quruculuğunu həyata
keçirmək idi və bu məsələ də qısa zaman kəsiyində həllini tapdı. Azərbaycan
xaosdan, anarxiyadan, hərc-mərclikdən, özbaşınalıqdan, parçalanma təhlükəsindən
qurtuldu, sabitliyə, əmin-amanlığa qovuşdu. Ölkəmizdə demokratik, hüquqi və dünyəvi
dövlət quruldu. Təsadüfi deyil ki, 1993-cü il Azərbaycanın tarixinə qurtuluş
ili kimi daxil oldu. Bu gün öz tarixi və milli ənənələrindən bəhrələnən, dünya
demokratiyası təcrübəsinə, ümumbəşəri dəyərlərə əsaslanan Azərbaycan dövləti
tam təşəkkül tapıb və uğurla fəaliyyət göstərir. Ən əsası bu gün isə xalq və
dövlət arasında sarsılmaz birlik mövcuddur.
Ulu öndər Heydər Əliyev zamanın çağırışına cavab verən, zamanı qabaqlayan dahi şəxsiyyət idi. Onun fəaliyyəti sabaha ünvanlanan fəaliyyət idi. Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, ümummilli lider və xalq məhəbbətini qazanan ulu öndər kimi qalıb. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərmiş ikinci dövlət başçısı və siyasi lider tapmaq mümkün deyil.
Belediyye.info
Rəylər
0 Rəy