Təmraz Tağıyev: “İlin sonunadək büdcə gəlirlərində ki artım səviyyəsini 50 faizədək artırmaq niyyətindəyik"
“Bu gün Nərimanov bələdiyyəsinin əsas fəaliyyəti sakinlərə layiqli xidmətdən keçir. Vətəndaşların istər səyyar görüşlərdə, istərsə də bələdiyyə də keçirilən görüşlərdə qaldırdığı məsələlərə anındaca reaksiya verilməsi əlavə maliyyə vəsaiti tələb edir. Bunun üçün bələdiyyənin vergi xidməti BAMS-da tətbiq edilən yeniliklərdən səmərəli şəkildə istifadə etməyə çalışır. İstər SMS xidmətindən, istərsə də BAMS-ın ƏMDX-nin məlumat sisteminə inteqrasiya edilməsindən, habelə tətbiq edilən digər yeniliklərdən lazımi şəkildə istifadə etməyin nəticəsidir cari səkkiz ayı ərzində büdcə gəlirlərində 31.6 faiz artım müşahidə olunub. Etiraf edək ki, əldə olunan yüksək maliyyə vəsaiti hesabına sakinlərin qaldırdığı məsələlərin bələdiyyədən asılı olanları sürətli şəkildə öz həllini tapmışdır”- bu fikirləri Belediyye.infoya Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev deyib.
Sədr bildirib ki, bələdiyyənin vergi xidmətində çalışanların birgə səyi ilə ilin sonunadək artım səviyyəsinin 50 faizədək artırmaq niyyətindəyik.
Nərimanov bələdiyyənin bu vəsaiti artırmaq üçün potensialı var. Nəticə etibari ilə əldə olunan maliyyə vəsaiti sakinlərin problemlərinin həllinə yönəldilir.
Sədr onu da əlavə edib ki, cari ilin səkkiz ayı ərzində bələdiyyə tərəfindən irili-xırdalı 20-ə yaxın layihə icra olunub ki, onun hər biri rayon ərazisində vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edir.
Həyata keçirdiyimiz bir sıra layihələr Nərimanov RİH-in həyata keçirdyi layihələrə dəstək olaraq həyata keçirilir.
Belediyye.info
Rəylər
0 Rəy