Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

05-09-2025 , 21:19

1273

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Telman Süleymanov: “Şüvəlan bələdiyyəsinin əsas  hədəfi  cari ildə 200 min manatı əldə etməkdir”

“Şüvəlan bələdiyyəsinin vergi xidməti orqanının BAMS-da tətbiq edilən yeniliklərdən, SMS xidmətinin istifadəyə verilməsindən, BAMS-ın ƏMDX-nin məlumat sisteminə inteqrasiya edilməsindən və digər tətbiq edilən yeniliklərdən lazimi səviyyədə yararlanmağının nəticəsidir ki, cari ilin səkkiz ayı ərzində 22 faizlik artıma nail olunub”-bu fikirləri adıçəkilən bələdiyyənin sədri Telman Süleymanov bildirib.

Əgər 2024-cü ilin səkkiz ayında bələdiyyənin əldə etdiyi maliyyə vəsaiti  101.948  manat təşkil etmişdirsə, cari ilin səkkiz ayı ərzində bu rəqəm 122.241  manata bərabər olub.

2024-cü ildə 81.795 manatlıq əmlak vergisi, 20.152 manatlıq torpaq vergisi əldə olundağu halda, cari ildə bu rəqəm müvafiq olaraq 100.087 manatlıq əmlak vergisi, 22.152 manatlıq torpaq vergisi əldə olunub.

Göründüyü kimi, BAMS-da tətbiq edilən yeniliklər sayəsində əmlak vergisinin həcmi səkkiz ay ərzində 22 faiz artıb.

Bu gün Şüvəlan bələdiyyəsinin əsas  hədəfi  cari ildə 200 min manatı əldə etməkdir. Odur ki, bütün kollektiv əvvəlki illərdə formalaşmaış ənənəyə sadiq qalaraq bütün potensialını səfərbər edərək hədəfə çatmaq üçün çalışır. Üzləşdikləri problemlər dərhal yerindəcə öz həllini tapır.

Vergi ödənişlərinin artması nəticə etibari ilə vətəndaşın da problemlərinin həllini sürətləndirmiş olur.

Sədr inanır ki, kollektivin birgə səyi ilə hədəfə çatacaqlar.

Hər halda bu da bir aydın məsələdir ki, bələdiyyənin əldə etdiyi maliyyə vəsaiti sonda  sakinlərin problemlərinin həllinə yönəldilir.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər