Telman Süleymanov: "Şüvəlan bələdiyyəsi tərəfindən 100 -dən çox ailəyə Qurban payı paylanılıb"
"Xəzər Rayon İcra Hakimiyyətinin təşəbbüsü və Şüvəlan bələdiyyəsinin təşkilatçılğı ilə müqəddəs Qurban bayramı münasibətilə şəhid və qazi ailələrinə , Vətən müharibəsi iştirakçılarına, habelə aztəminatlı ailələrə Qurban payları paylanılıb" - bu barədə məlumatı adıçəkilən bələdiyyənin sədri Telman Süleymanov bildirib.
Sədr qeyd edib ki, bayramla əlaqədar olaraq qəsəbənin müxtəlif ərazilərindən yaşayan 100 dən artıq həssas qrupa aid ailələrlərə Qurban payları verilib.
Vətən müharibəsi qaziləri və iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Rəylər
0 Rəy