Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

03-06-2025 , 23:14

884

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay

Yüklənir...

Allah rəhmət eləsin!

Bakı
- +

İsrafil Hüseynov: "Buzovna bələdiyyəsi bu ildə  müqəddəs Qurban bayramına ciddi şəkildə hazırlaşıb"

"Qurban bayramı İslam aləmində ən möhtəşəm bayramlardan biridir"- bu fikirləri Xəzər rayonu Buzovna bələdiyyəsinin sədri İsrafil Hüseynov bildirib.

"Tarixən İslama və onun müqəddəs ənənələrinə bağlı olan xalqımız əsrlər boyu bu dəyərləri yaşatmış və ölkəmiz İslam sivilizasiyasının mədəni mərkəzlərindən birinə çevrilmişdir. Azərbaycanda hər zaman  Qurban mərasimləri böyük təntənə və yüksək əhval-ruhiyyə ilə keçirilir"- bu fikirləri də adıçəkilən bələdiyyənin sədri deyib.

Sədr bildirib ki, Buzovna bələdiyyəsi,  hər zaman olduğu kimi, bu ildə  müqəddəs Qurban bayramına ciddi şəkildə hazırlaşıb. Artıq bu günlər ərzində həyata keçiriləcək layihələr bələdiyyə iclasında müzakirəyə çıxarılaraq təsdiq edilib. 

Qəsəbə ərazisində aztəminatlı ailələr, şəhid və qazi ailələri, habelə əhalinin digər həssas qruplarına aid olan şəxslərin siyahısı tutularaq veriləcək bayram payının sayı müəyyən edilməkdədir. Bununla bağlı əsas işi bələdiyyədə yaradılmış  komissiya yaxın günlərdə işini tamamlayacaqdır.

Sədr artıq bəri başdan Azərbaycan xalqını müqəddəs Qurban bayramı münasibətilə təbrik edərək, hər kəsə cansağlığı, firavan günlər və uğurlar arzulayıb.

Müqəddəs Qurban bayramınız mübarək!

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər