Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

21-11-2026 , 20:53

103

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Halit Doğan: “Qardaş ölkə Azərbaycanda olmaqdan böyük məmnunluq və qürur duyuram”

Samsun Böyükşəhər Bələdiyyəsinin sədri Halit Doğan qardaş Azərbaycana səfəri, Sumqayıt şəhərinin 77-ci ildönümü və Şəhər Günü münasibətilə keçirilən təntənəli tədbirlərdə iştirakı ilə bağlı sosial media hesabında paylaşım edib.

O, paylaşımında qardaş şəhər Sumqayıtda olmaqdan və şəhərin əlamətdar gününə həsr olunmuş tədbirlərdə iştirak etməkdən böyük məmnunluq və qürur duyduğunu bildirib. Həmçinin göstərilən diqqət və qonaqpərvərliyə görə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcova, Sumqayıt Bələdiyyəsinin sədri Adil Xudadatova və şəhər sakinlərinə təşəkkür edib.

Halit Doğan paylaşımında qeyd edib:

“Sumqayıtın 77-ci ildönümünə həsr olunmuş təntənəli tədbirlərdə və konsert proqramında iştirakımız, həmçinin nümayəndə heyətimizə göstərilən doğma münasibət şəhərlərimiz arasındakı qardaşlıq əlaqələrinin nə qədər səmimi və möhkəm təməllər üzərində qurulduğunu bir daha nümayiş etdirdi.

Sumqayıt Bələdiyyəsi ilə Samsun Böyükşəhər Bələdiyyəsi arasında formalaşan qardaşlıq münasibətlərini xüsusi əhəmiyyətli hesab edirəm. İnanıram ki, Azərbaycan və Türkiyə arasındakı sarsılmaz dostluq və qardaşlıq əlaqələri yerli özünüidarəetmə sahəsində də yeni əməkdaşlıq imkanlarının yaranmasına, birgə layihələrin həyata keçirilməsinə və şəhərlərimiz arasında uzunmüddətli tərəfdaşlığın daha da inkişafına mühüm töhfə verəcəkdir.

Bu əlamətdar gün münasibətilə qardaş Sumqayıt şəhərinin 77-ci ildönümünü ürəkdən təbrik edir, şəhərə davamlı inkişaf, bütün sakinlərinə firavanlıq, əmin-amanlıq və xoşbəxt gələcək arzulayıram.

Qoy Azərbaycan və Türkiyə qardaşlığı daim yaşasın və möhkəmlənsin!

Bir millət, iki dövlət! Yaşasın Azərbaycan–Türkiyə qardaşlığı!”

Səfər çərçivəsində Halit Doğan və nümayəndə heyətinin üzvləri Bakı Türk Şəhidliyini də ziyarət ediblər. O, Sumqayıt Bələdiyyəsinin sədri Adil Xudadatovla birlikdə həyata keçirilən ziyarətlə bağlı paylaşımında şəhidlərin xatirəsini ehtiramla yad edib:

“Türkiyə ilə Azərbaycan arasındakı qardaşlığın, ortaq tariximizin və sarsılmaz mənəvi bağlarımızın ən mühüm rəmzlərindən biri olan Bakı Türk Şəhidliyini Sumqayıt Bələdiyyəsinin sədri cənab Adil Xudadatovla birlikdə ziyarət etdik.

1918-ci ildə Bakını düşmən işğalından azad edərkən şəhidlik zirvəsinə ucalan 1 130 qəhrəman Osmanlı əsgərimizi dualarla yad etdik.

Əziz şəhidlərimizi rəhmət, minnətdarlıq və ehtiramla anıram. Ruhları şad, məkanları cənnət olsun!”

Qeyd edək ki, Sumqayıt və Türkiyənin Samsun şəhərləri arasında qardaşlaşma münasibətləri 10 aprel 2012-ci ildə rəsmiləşdirilib. Həmin tarixdə Samsun Bələdiyyəsinin sədri Yusuf Ziya Yılmazın Azərbaycana səfəri çərçivəsində iki şəhər arasında qardaşlaşma protokolu imzalanıb.

Belediyye.info





Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bələdiyyə sədri vəfat edib

Region
18-11-2026
772

Şəhid ailəsi ziyarət olundu

Region
06-11-2026
357