Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

28-10-2026 , 11:09

213

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

İcra başçısı bələdiyyənin inzibati binasında aparılmış əsaslı təmir işlərlə tanış olub

Bu günlərdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov Biləsuvar bələdiyyəsinin yerləşdiyi inzibati binanın birinci mərtəbəsində aparılmış əsaslı təmir işlərindən sonra görülən işlərlə tanış olmuş, bələdiyyə kollektivi ilə səmimi görüş keçirmişdir.

İcra başçısı aparılmış təmir işlərini yüksək qiymətləndirərək bələdiyyə kollektivinə gələcək fəaliyyətlərində uğurlar və müvəffəqiyyətlər arzulamışdır.

Biləsuvar bələdiyyəsinin sədri İlqar Abasov göstərilən diqqətə görə təşəkkürünü bildirmiş, bundan sonra da sakinlərlə əlaqələrin daha da möhkəmləndirilməsi, vətəndaş məmnunluğunun artırılması və bələdiyyənin fəaliyyətinin daha da təkmilləşdirilməsi istiqamətində səylə çalışacaqlarını vurğulamışdır.

Görüşdə Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Azər Cəfərli və şəhər icra nümayəndəsi Qabil Xammədov iştirak etmişlər.

Biləsuvar bələdiyyəsi olaraq qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsi, sakinlərə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi və rayonumuzun inkişafına töhfə vermək istiqamətində fəaliyyətimizi davam etdirəcəyik.

Biləsuvar Bələdiyyəsi


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər