Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

07-10-2026 , 23:24

78

Son xəbərlər

Bütün xəbərlər

E-Bələdiyyə tətbiqi istifadəyə verildi

Gündəlik Xəbərlər
06-10-2026

Siyasi rəhbərin ilk addımı


Gündəlik Xəbərlər
02-10-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Şabranda Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Şabran Bələdiyyəsinin təşkilatçılığı ilə müəllimlərə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Şabran Bələdiyyəsinin ərazisinə daxil olan şəhər və kənd məktəblərinin rəhbərləri, qabaqcıl və fəal müəllimlər, eləcə də uzun illər təhsil sahəsində çalışmış, hazırda təqaüddə olan müəllimlər iştirak ediblər.

Tədbirdə çıxış edənlər müəllimlik peşəsinin cəmiyyətin inkişafında, milli-mənəvi dəyərlərin qorunmasında və savadlı, vətənpərvər gənc nəslin yetişdirilməsində mühüm rolundan bəhs ediblər.

Qeyd olunub ki, müəllim yalnız bilik öyrədən deyil, həm də gələcək nəsillərin dünyagörüşünün, şəxsiyyətinin və vətəndaşlıq mövqeyinin formalaşmasına böyük töhfə verən dəyərli bir şəxsiyyətdir. Müəllim əməyinin nəticəsi illər sonra yetişdirdiyi şagirdlərin uğurlarında öz əksini tapır.

Tədbirdə təqaüddə olan müəllimlərin də iştirakı xüsusi əhəmiyyət daşıyıb. Onların uzun illər ərzində təhsil sahəsində göstərdikləri fədakar xidmətlər minnətdarlıqla xatırlanıb, müəllimlik ənənələrinin yaşadılmasında xidmətləri yüksək qiymətləndirilib.

Səmimi və xoş ab-havada keçən tədbirdə müəllimlərə xoş arzular çatdırılıb, onların şərəfli və məsuliyyətli fəaliyyətlərinə görə təşəkkür ifadə olunub.

Şabran Bələdiyyəsi olaraq bütün müəllimlərimizi – ömrünü təhsilə və gələcək nəslin yetişdirilməsinə həsr edən fədakar ziyalılarımızı Beynəlxalq Müəllimlər Günü münasibətilə ürəkdən təbrik edir, hər birinə möhkəm cansağlığı, ailə səadəti və pedaqoji fəaliyyətində yeni uğurlar arzulayırıq!

Müəllim əməyinə hörmət, gələcəyə verilən ən böyük dəyərdir!

Şabran bələdiyyəsi


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər