Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

28-09-2026 , 18:24

104

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Neftçala bələdiyyəsində tədbir keçirilib

Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş ”Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın həyata keçirilməsi ilə bağlı kütləvi informasiya vasitələrindən o cümlədən dövlət orqanlarının və bələdiyyələrin öz internet və sosial şəbəkə səhifələrindən istifadə etməklə korrupsiyaya qarşı mübarizə tədbirləri ilə əlaqədar xüsusi buraxılışların təşkili, ictimai müzakirələrin keçirilməsi təcrübəsinin genişləndirilməsi, əhali arasında geniş yayılmasının təşfiq edilməsi ilə əlaqədar Neftçala Bələdiyyəsində tədbir keçirilmişdir.

Tədbirdə mövzu ilə bağlı çıxışlar edilib, müzakirələr aparılıb. Çıxış edənlər ölkədə davamlı şəkildə aparılan korrupsiyaya qarşı mübarizə tədbirlərindən, vətəndaş məmur münasibətlərinin minimuma endirilərək onlayın müraciətlərə üstünlük verilməsi, digər sahələrdə olduğu kimi bu sahadədə vətəndaşların marifləndirilməsi məsələlərinin ön plana çəkilməsindən danışaraq, korrupsiyaya qarşı mübarizədə hamının iştirak etməsi və ”Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın qarşıya qoyduğu vəzifələrə uyğun olaraq kütləvi informasiya vasitələrindən, o cümlədən dövlət orqanlarının qurumlarının və bələdiyyələrin öz internet və sosial şəbəkə səhifələrindən istifadə etməklə korrupsiyaya qarşı mübarizə tədbirləri ilə əlaqədar xüsusi buraxılışların təşkili, ictimai müzakirələrin, videokonfransların keçirilməsi təcrübəsinin genişləndirilməsi, bu sahədə müxtəlif videoçarxların, bukletlərin hazırlanması və onların əhali arasında geniş yayılmasının təbliğat və təşfiqat işləri təmin edilməsi barədə məlumat verdilər.

Neftçala  bələdiyyəsi

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər