Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

24-09-2026 , 00:39

183

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Şabran bələdiyyəsi tərəfindən kəndlərdə məlumatlandırıcı lövhələr quraşdırılıb

Şabran bələdiyyəsinin ərazisinə daxil olan bir neçə kənddə ( Liman, Sarvan, Xəlilli, Çölquşçu, Çayqaraqaşlı, Hacıqaraqaşlı) yaşayış məntəqələrinin adlarını göstərən yeni məlumatlandırıcı lövhələr hazırlanaraq müvafiq ərazilərdə quraşdırılıb.

Quraşdırılan lövhələr kəndlərin adlarının daha aydın şəkildə tanınmasına, əraziyə daxil olan sakin və qonaqların istiqamətləndirilməsinə, həmçinin yaşayış məntəqələrinin vizual görünüşünün daha səliqəli və müasir şəkildə formalaşdırılmasına xidmət edir.

Şabran bələdiyyəsi tərəfindən ərazinin abadlaşdırılması, kənd və yaşayış məntəqələrinin görünüşünün yaxşılaşdırılması, ictimai məkanların daha funksional və baxımlı vəziyyətə gətirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Bələdiyyə olaraq əsas məqsədimiz əhalinin rahatlığının təmin olunmasına, kəndlərimizin tanıdılmasına və ərazilərimizin daha müasir, səliqəli və baxımlı görkəm almasına töhfə verməkdir.

Xatırladaq ki, 2025-ci ilin yanvar ayında keçirilən bələdiyyə seçkilərində  Çölquşçu və Dəvəçi bələdiyyələri Şabran bələdiyyəsinə birləşdirilib.

Hazırda Şabran bələdiyyəsinin inzibati ərazisində Şabran şəhəri ilə yanaşı Çayqaraqaşlı, Çölquşçu, Dəvəçi, Hacıqaraqaşlı, Xəlilli, Qələgah, Ləcədi, Liman, Mollakamallı, Sarvan, Sincanboyad, Surra kəndləri daxildir.

Şabran bələdiyyəsi


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər