Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

01-09-2026 , 23:54

85

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Natiq Bəkmirzəyev: “Hazırda kənd sakinlərinin içməli su təminatının yaxşılaşdırılması istiqamətində bələdiyyə tərəfindən də  tədbirlər həyata keçirilir”

“Küpçal–Dağlı bələdiyyəsi tərəfindən Dağlı kəndində əhalinin keyfiyyətli, fasiləsiz və səmərəli içməli su ilə təmin olunması məqsədilə müvafiq işlərə başlanılmışdır”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Natiq Bəkmirzəyev deyib.

Sədr bildirib ki, hazırda kənd sakinlərinin içməli suya olan tələbatının qarşılanması, su təminatının yaxşılaşdırılması və mövcud problemlərin aradan qaldırılması istiqamətində bələdiyyə tərəfindən də tədbirlər həyata keçirilir. Görülən işlərin vaxtında və səmərəli şəkildə başa çatdırılması üçün bütün kənd sakinlərinin bu prosesdə fəal iştirak etmələri, qarşıya çıxan məsələlərə anlayışla yanaşmaları və görülən işlərə dəstək olmaları xahiş olunur.

Sədr daha sonra qeyd edib ki, bələdiyyənin həyata keçirdiyi layihələrin və abadlıq işlərinin davamlılığını təmin etmək məqsədi ilə sakinlərdən bələdiyyə vergilərini vaxtında və tam şəkildə ödəmələri tələb olunur. Ödənilən vergilər kəndin sosial və kommunal problemlərinin həllinə, infrastrukturun yaxşılaşdırılmasına və əhalinin rifahının yüksəldilməsinə yönəldilir.

Belediyye.info

 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər