Natiq Bəkmirzəyev: “Hazırda kənd sakinlərinin içməli su təminatının yaxşılaşdırılması istiqamətində bələdiyyə tərəfindən də tədbirlər həyata keçirilir”
“Küpçal–Dağlı bələdiyyəsi tərəfindən Dağlı kəndində əhalinin keyfiyyətli, fasiləsiz və səmərəli içməli su ilə təmin olunması məqsədilə müvafiq işlərə başlanılmışdır”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Natiq Bəkmirzəyev deyib.
Sədr bildirib ki, hazırda kənd sakinlərinin içməli suya olan
tələbatının qarşılanması, su təminatının yaxşılaşdırılması və mövcud problemlərin
aradan qaldırılması istiqamətində bələdiyyə tərəfindən də tədbirlər həyata
keçirilir. Görülən işlərin vaxtında və səmərəli şəkildə başa çatdırılması üçün
bütün kənd sakinlərinin bu prosesdə fəal iştirak etmələri, qarşıya çıxan məsələlərə
anlayışla yanaşmaları və görülən işlərə dəstək olmaları xahiş olunur.
Sədr daha sonra qeyd edib ki, bələdiyyənin həyata keçirdiyi layihələrin və abadlıq işlərinin davamlılığını təmin etmək məqsədi ilə sakinlərdən bələdiyyə vergilərini vaxtında və tam şəkildə ödəmələri tələb olunur. Ödənilən vergilər kəndin sosial və kommunal problemlərinin həllinə, infrastrukturun yaxşılaşdırılmasına və əhalinin rifahının yüksəldilməsinə yönəldilir.
Rəylər
0 Rəy