Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

13-08-2026 , 10:51

145

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Arif Cavadov: “Büdcə gəlirlərini  artırmaqla maddi-mədəni irsimizin qorunmasına və mühafizəsinə töhfəmizi verməyə hazırıq”

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyi  QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Bələdiyyələrin maddi-mədəni irsin öyrənilməsi və təbliğində rolunun gücləndirilməsi” layihəsi çərçivəsində Oğuz bələdiyyəsinin inzibati binasında keçirilən sonuncu görüşdə bələdiyyənin sədri Arif Cavadov, üzv və bələdiyyə qulluqçuları iştirak ediblər.

İctimai birliyin sədri Vüqar Cəfərov  iştirakçılara layihənin icrası, məqsədi və vəzifələri barədə  ətraflı məlumat verib.  Layihə çərçivəsində hər birində iki gün olmaqla doqquz  şəhər bələdiyyələrində görüşün keçirildiyini, həmçinin şəhərlərdə fəaliyyətdə olan tarix-diyaşünaslıq muzeylərini və dövlət qeydiyyatında olan  maddi-mədəni irs nümunələrinin ziyarət edildiyini, o cümlədən hər bir görüşdə bələdiyyələrin üzv və qulluqçuları tərəfindən  maraqlı təkilflərin səsləndirildiyini qeyd edib. Bu görüşədək isə artıq Cəlilabad, Masallı,  Yardımlı,  Siyəzən, Şabran, Xaçmaz, Quba və İsmayıllı rayonlarının hər birində iki gün olmaqla davam edən görüşlər keçirilib.

Vüqar Cəfərov tolerant şəhər kimi formalaşan  Oğuz rayonunda  çoxsaylı tarixi və memarlıq irsə sahib olduğunu qeyd edib. Birlik sədri qeyd edib ki, bu gün hər bir yerli və mərkəzi  icra hakimiyyəti orqanının, o cümlədən bələdiyyələrin də   əsas məqsədlərindən biri bu tarixi irsə sahib çıxmaqla və onu gələcək nəslə olduğu kimi çatdırmaq olmalıdır. Və bu işdə hər birimiz vətəndaş olaraq öz töhfəmizi verməyə borcluyuq.

Vüqar Cəfərov Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsində götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsü"ndə Oğuz  rayonunda 13  yerli əhəmiyyətli tarix və mədəniyyət abidənin qeydə alındığını bildirib. Onun da üçü şəhərdə, digərləri isə rayon ərazisində yerləşir.

Oğuz bələdiyyəsinin sədri Arif Cavadov  bələdiyyənin son illərdəki fəaliyyətinə toxunaraq büdcə gəlirlərinin artırlamsı üçün vergi xidməti orqanının ciddi şəkildə çalışdığını qeyd edib. Məhz bu səbəbdən büdcə gəlirlərində bir sıra irəliləyişlərimiz var. Lakin əldə olunan gəlirlər nəzərdə tutduğumuz layihələrin icrasına imkan vermir. Ancaq butun bu çətinliklərə baxmayaraq  maddi-mədəni irsimizin qorunmasında bələdiyyənin də öz töhfəsini verməyə çalışır. Sədr bu gün müzakirə edilən mövzunun aktual olduğunu da qeyd etməyi unutmayıb.

Bələdiyyə sədri daha sonra bildirib ki, maddi-mədəni irsimizin qorunması hər bir bələdiyyədən maliyyə vəsaiti tələb edir. Büdcə gəlirlərini  artırmaqla bizdə bələdiyyə olaraq maddi-mədəni irsimizin qorunmasına və mühafizəsinə öz töhfəmizi verməyə hazırıq.

 Görüşdə iştirak edən bələdiyyənin üzv və qulluqçuları mövzu ətrafında öz fikir və mülahizələrini bildiriblər.

Yekunda görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və xatirə şəkli çəkilib.

Əlavə edək ki, “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyi 2009-cu ilin dekabrında təsis edilmiş və  2010-cu ilin fevral ayında rəsmi dövlət qeydiyyatına alınmışdır. 2011-ci ildən başlayaraq aktiv fəaliyyətə başlayaraq bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsinə söykənən layihələrin icrası ilə məşğuldur.

Belediyye.info

 

 

 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər