Fidövsi Calalov: “270 küçəsi olan kənd bələdiyyəsinin əsas məqsədi….”
“Fəaliyyətə başladığımız il yarım ərzində Masazır bələdiyyəsinin üzv və qulluqçularının əsas məqsədi bələdiyyə haqqında əvvəlki illərdə formalaşmış neqativi aradan qaldırmaq olub. Bu gün ilk bələdiyyə iclasında çəkilən strateji yol xəritəsinin düzgün istiqamətdə aparılmasının nəticəsidir ki, inzibati ərazi daxilində bələdiyyə yerli özünüidarəetmə qurumu olaraq artıq tanınır, qəbul edilir”- bu fikirləri Belediyye.infoya Abşeron rayonu, Masazır bələdiyyəsinin sədri Firdövsi Calalov deyib.
Sədr qeyd
edib ki, bu gün bələdiyyədə inzibati idarətemə elə səviyyədə qurulub ki, hər kəs,
sədr müavinləri, komissiyanın sədrləri və üzvləri, bələdiyyənin vergi
xidmətinin əməkdaşları öz üzərilərinə düşən məsuliyyət yükünü başa düşür və ona
uyğun hərəkət edirlər. Bu gün hər bir üzv və qulluqçu bələdiyyənin inkişafı
naminə öz töhfəsini verməkdədir. Əldə olunan uğurlu nəticə məhz bu baxışın nəticəsidir.
Kollektivin
əsas məqsədi həm də bələdiyyə binasına gələn hər bir sakini məmnunluqla yola
salınmasıdır. Bələdiyyəyə müraciət edən hər bir sakin bələdiyyədən razı getməlidir.
Konkret. Bunun bağlı kollektivin fəaliyyət üçün hər bir şərait
yaradılıb.
Sədr qeyd
edib ki, bu gün kənd statusunda olan bir yaşayış məntəqəsində kifayət qədər
sakin yaşayır. Bu gün rəsmi qeydiyyatda 150 minə yaxın sakin olsa qeyri-rəsmi
bu rəqəm daha çoxdur. Bu gün kənd dediyimiz yaşayış məntəqəsində 270 küçə var.
Bu küçələrin abadlığı, təmizliyi, səliqə səhmanlığnda bələdiyyənin öz rolu və
payı vardır. Bu qədər küçəsi olan kənddə vətəndaş məmnunluğunun təmin edilməsi
bizdən həm də məsuliyyət tələb edir. Ancaq bəzən vətəndaşlarımızın hüquqi
bilgisizliyi, o cümlədən əvvəlki illərdə vətəndaşlarla ünsiyyətin düzgün səmtdə
qurulmaması bəzən bizə problem yaşadır, fəaliyyətimizə maneə yaradır.
Cari ildə əldə
olunan büdcə gəlirlərinə toxunan sədr qeyd edib ki, fəaliyyətə başladığımız
müddətdə Masazır bələdiyyəsində mövcud olan kreditor borcların həcmi 85.412
manat təşkil edib. Bu gün kommunal xidmətlər və digər istiqamətlər üzrə
mövcud olmuş borclar artıq bağlanılıb. Bu gün bələdiyyənin fəaliyyətində əsas
istiqamətlərdən biri fəaliyyəti dövründə heç bir quruma borclu qalmamağımızdır.
Büdcə gəlirlərinə
toxunan sədr qeyd edib ki, cari ilin 6 ayında Masazır bələdiyyəsinin yarım ildə
ümumi büdcə gəliri 273 min manat təşkil edib.
Altı ay ərzində
əmlak vergisinin həcmi 200 min manat olmuşdur ki, bu da ümumi büdcəyə daxil
olan gəlirlərin 73%-i deməkdir. Bələdiyyənin əhəmiyyətli gəlir mənbələrindən
olan bələdiyyə mülkiyyətinin icarə verilməsindən daxil olan vəsaitin həcmi isə
27.000 manat olub. Torpaq vergisindən gələn 36 min manat gəlir ümumi büdcə
daxilolmalarının 13%-ni təşkil etmişdir. Mehmanxana ödənişlərindən büdcəyə
2 min manat vəsait daxil olmuşdur ki, bu da ümumi gəlirin 1 % -ni təşkil
edir. Masazır bələdiyyəsinə hərrac və müsabiqə yolu ilə torpağın özgəninliləşdirilməsindən
7 min manat vəsait daxil olmuşdur ki, bu da ümumi gəlirin 3%-ni təşkil
edir.
Xərcləriin
istiqamətlərində toxunan sədr bildirib ki, cari ilin 6 ayında 273 min
manat gəlirə qarşı, 274 min manat vəsait xərclənib.
Ümumilikdə
abadlıq xərclərinə 42 min manat xərclənmişdir. Masazır bələdiyyəsinin hədəfləri
keçən ildə olduğu kimi, əhalinin çoxsaylı müraciətləri nəzərə alınmaqla yol
infrastrukturunun yaxşılaşdırılması məqsədilə 159.949 manat smeta dəyəri olan
müqaviləyə imza atmışdır. Belə ki, Masazır bələdiyyəsi 6 ayı ərzində kənd ərazisində:
•Şamil
Hüseynov küçəsinə 5700 m2, Afiyəddin Cəlilov küçəsinə 3300 m2 , 20 yanvar küçəsinə
1550 m2, Məhəmməd Əmin Rəsulzadə küçəsinə 3005 m2 asfalt örtüyü çəkilmişdir.
•Bəşir Səfəroğlu
küçəsinə 50 m3 asfalt qırıntısı tökülərək yollar normal vəziyyətə salınmışdır.
•Yağış sel
suları ilə əlaqədar evlərinə ziyan dəymiş 10 ailə kirayə mənzillə təmin olunmuş
və xərcləri ödənmişdir.
•Yağış və
sel suları dolmuş evlərdən, həyətlərdən və göllərdən suların çəkilməsi üçün
quraşdırılmış nasoslar bir ay boyunca hər gün yanacaqlarla təmin olunmuşdur.
•Sular çəkildikdən
sonra göllərin ətrafında traktor və şakmanlarla torpaq işləri görülmüş, ərazi
iri qabaritli tullantılardan təmizlənmişdir.
•Müqəddəs
Qurban bayramı ilə əlaqədar şəhid ailələri və qazilərə qurban əti payı
verilmişdir.
•Masazır kəndində
yerləşən Ulu Öndər Heydər Əliyevin plakatının ətrafında ağaclar və gül kolları əkilmiş,
işıqlandırma yenidən qurulmuşdur.
Sədr
270 küçəsi olan kəndin statusunun dəyişdirilməsi ilə bağlı müaricətlərin də
hazırlandığını dilə gətirdi.
Son da onu
da əlavə etdi ki, fəaliyyətimiz dövründə Abşeron RİH-in daim dəstəyini hiss
edirik. Təklifimiz odur ki, komunal xidmətlə bağlı səlahiyyətin icra edilməsi
ilə bağlı hüquqi prosedurların bələdiyyəyə verilməsinə yenidən baxılsın. Əgər
bu sahə və sahənin saxlanılması üçün dövlət büdcəsindən ayrılan vəsait
iki il müddətinə bələdiyyəyə ayrılmış olsa bələdiyyə daha da irəli gedər
və vətəndaşın üzləşdiyi problemlərin həlli də sürətlənər.
Əlavə edək ki, Masazır bələdiyyəsinin hazırda 17 üzvü var, sədr Firdövsi Calalov, həm də Azərbaycan Kənd Bələdiyyələri Milli Assosiasiyasının sədr müavinidir.
Belediyye.info
Rəylər
0 Rəy