Günel Ağayeva: “Hər bir sakinin müraciəti diqqətdə saxlanılır”
“Bələdiyyə olaraq hər bir vətəndaşın müraciətini diqqətdə saxlayır və bələdiyyə iclasında müzakirəyə çıxararaq həllinə maliyyə imkanları çərçivəsində nail oluruq”- bu fikirləri Belediyye.infoya Qəbələ rayonu, Nohurqışlaq bələdiyyəsinin sədri Günel Ağayeva deyib.
Sədr
qeyd edib ki, aprel-may aylarında güclü yağəşın yaratdığı fəsadları aradan
qaldırmaq üçün kənd sakinlərinin dəstəyi ilə Tüntül kəndinin məhəllədaxili
yollarına çınqıl tökülərək yayılmış, ərazilərdə olan bərk məişət tullantıları təmizlənmiş,
kənddə abadlıq işləri həyata keçirilmişdir. Bələdiyyənin həyata keçirdiyi bu
layihə sakinlər tərəfindən razılıqla qarşılanmışdır.
Bununla
yanaşı bələdiyyə əhalinin həsas qurupuna aid olan, həmçinin ehtiyacı olan vətəndaşlara
öz maddi dəstəyini hər zaman göstərməkdədir. Avtoqəza nəticəsində həyatını itiriən
gəncin ailəsinə 400 manat, dünyasını dəyişən Nohurqışlaq kənd sakininin ailəsinə
400 manat həcmində, həmçinin Nohurqışlaq kənd sakini olan qazi ailəsinə 150
manat həcmində maddi yardim verilmisdir.
Sədr
qeyd edib ki, bu gün Nohurqışlaq bələdiyyəsinin əsas vəzifəsi bələdiyyə ərazisində
vətəndaş məmnunluğunun təmin edilməsidir. Məmnunluğun təmin edilməsi isə büdcə gəlirlərinin artırmaqla başlayır. Odur
ki, bələdiyyənin vergi xidməti BAMS-ın yaratdığı bütün imkanlardan yararlanaraq
büdcə gəlirlərini artırmağa çalışır. Son üç ilin müqayisəli təhlili göstərir ki,
bu irəliləyişə müəyyən mənada nail ola bilmişik.
Belediyye.info
Rəylər
0 Rəy