Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

11-06-2026 , 11:36

170

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Qüdrət Kazımov: “Niyyətimiz  BAMS proqramının verdiyi bütün imkanlardan istifadə etməklə böyük  uğurlara imza atmaqdır”

“Bu gün İsmayıllı bələdiyyəsinin əsas vəzifəsi BAMS proqramında olan boşluqları aradan qaldırmaq, veri uçot-sistemində əvvəlki illərdə mövcud olmuş təkrarçılıq hallarını aradan qaldırmaqla bu sistemi daha aktiv bir vəziyyətə gətirməkdir. Nəzərə alaq ki, növbəti ildə vətəndşalara bildirişlər onlayn qaydada göndəriləcək, demək vergi xidməti fəaliyyətinə daha məsuliyyətlə yanaşmalı mövcud olmuş çatışmazlıqlaırı  sürətlə  aradan qaldırmalıdırlar.”- bu fikirləri Belediyye.infoya İsmayıllı bələdiyyəsinin sədri Qüdrət Kazımov  deyib.

Sədr qeyd edib ki, son iki ilin beşaylıq büdcə gəlirlərinə diqqət yetirsək vergi xidmətinin əldə etdiyi uğurları aydın şəkildə görmək mümkündür. Bu uğurun əldə edilməsində kollektivin hər bir üzvünün öz töhfəsi var.

Əldə olunan rəqəmlərə diqqəti çəkən sədr bildirib ki, 2024-cü ilin ilk beş ayı ərzində 49.745 manatlıq vergi yığılmışdısa, bu rəqəm cari ildə 66.054 manat olub. 2024-cü illə müqayisədə torpaq vergisində  56 faizlik, əmlak vergisində isə 49 faizlik artım müşahidə olunub. Ötən ildəki azalmalar əsasən seçki prosesi zamanı aparılan birləşdirmələrlə bağlı olub.

Sədr qeyd edib ki,  2024-cü ilin ilk beş ayı ərzində ümumi olaraq əldə olunan  49.745 manat vəsaitin, 13.083 torpaq vergisindən, 21.117 manatı əmlak vergisindən,   5.641 manatı bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən, 9.233 manatı bələdiyyə mülkiyyətinin icarəsindən,  671 digər istiqamətlərdən daxil olub.

2025- cü ilin ilk beş ayı ərzində ümumi olaraq əldə olunan  30.704 manat vəsaitin, 8.066 torpaq vergisindən, 13.142 manatı əmlak vergisindən,   4.093 manatı bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən, 5.043 manatı bələdiyyə mülkiyyətinin icarəsindən,  360 manatı  isə digər istiqamətlərdən daxil olub.

2026- cü ilin ilk beş ayı ərzində ümumi olaraq əldə olunan  66.054 manat vəsaitin, 20.083 torpaq vergisindən, 31.423 manatı əmlak vergisindən,   14.137 manatı bələdiyyə mülkiyyətinin icarəsindən,  105 digər istiqamətlərdən daxil olub. Cari ilin ilk beş ayı ərzində  bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən yerli büdcəyə hər hansı vəsait daxil olmayıb.

Göründüyü kimi, əmlak vergisindəki artım 49, torpaq vergisində isə 56 faizlik artım olub. 

Sədr İsmayıllı bələdiyyəsinin yığım potensialı böyükdür. Bu gün  əsas niyyətimizin  təkmilləşdirilmiş və yenilənmiş BAMS proqramının verdiyi bütün imkanlardan istifadə etməklə böyük  uğurlara imza atmaqdır. Hazırda  bələdiyyənin vergi xidmətinin əməkdaşları qarşılarına qoyulan bu vəzifənin öhdəsindən gəlmək çün var qüvvələri iilə çalışırlar. Sözsüz ki, büdcə gəlirlərimizi artırmaqla həm də vətəndaş məmnunluğunu təmin etmiş oluruq.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər