Murad Muradov: “Vergi ödəyicillərindən xahişimiz odur ki…”
“Əsas məqsədimiz seçicilərimizə verdiyimiz sözü tutmaqdır.
Bunun üçün bələdiyyənin kollektivi var
gücü ilə çalışır və hər zaman sakinlərin qaldırdığı məsələlərin həllinə diqqətlə
yanaşır”- bu fikirləri Belediyye.infoya Goranboy rayon Səfikürd bələdiyyəsinin
sədri Murad Muradov deyib.
Sədr qeyd edib ki, bu günlərdə Səfikürd ərazi icra nümayəndəliyi
ilə birgə Səfikürd qəbiristanlığında iməclik
təşkil olunub. İməcilikdə hər iki kollektivin üzvləri, kənd sakinləri, könüllülər
iştirak edib. Qəbirstanlıq ərazisi alaq otlarından, digər məişət tullantılarından
tənmizləndi, giriş qapısında təmir işləri
aparılaraq işlək vəziyyətə gətirildi. Bununla yanaşı Səfikürd bələdiyyəsi və Səfikürd ərazi icra
nümayəndəliyinin təşkilatçılığı ilə bir qrup kənd sakinlərinin dəstəyi ilə kənd
qəbiristanlığında olan “Şəhidlər
xiyabanı”na gedən yola çınqıl verilərək hamarlanma işləri aparılıb.
Səfikürd bələdiyyəsi bundan sonra da seçicilərinin qaldırdığı
məsələlərin həllinə diqqətlə yanaşacaq. Vergi ödəyicillərindən xahişimiz
odur ki, vergilərini vaxtında ödəsinlər ki, bizdə bələdiyyə olaraq onların
qadırdığı problemlərin həllinə səy göstərə bilək.
Rəylər
0 Rəy