Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

05-06-2026 , 09:51

144

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Ərkivan qəsəbəsində növbəti sosial infrastruktur layihəsinin icrasına başlanılıb

Masallı rayonunun Ərkivan qəsəbəsində növbəti sosial infrastruktur layihəsinin icrasına başlanılıb. Ərkivan Bələdiyyəsinin təşəbbüsü ilə qəsəbədaxili yolların asfaltlanması istiqamətində işlərə start verilib. Yolların asfaltlanması sakinlərin gündəlik həyatında mühüm rol oynayan məsələlərdən biridir. Bu istiqamətdə həyata keçirilən tədbirlər həm nəqliyyatın hərəkətini asanlaşdırır, həm də yaşayış məntəqələrinin abadlaşdırılmasına və müasir görkəm almasına xidmət edir.

Son iki ildə Masallı rayonunda fəaliyyət göstərən bələdiyyələrin işində nəzərəçarpacaq canlanma müşahidə olunur. Bir sıra bələdiyyələr yerli əhəmiyyətli problemlərin həlli, sosial layihələrin həyata keçirilməsi və əhalinin rifahının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atırlar. Bu baxımdan Ərkivan Bələdiyyəsinin fəaliyyəti xüsusilə diqqət çəkir.

Qəsəbədə həyata keçirilən abadlıq və quruculuq işləri, sosial təşəbbüslər, şəhid ailələrinə və aztəminatlı vətəndaşlara göstərilən dəstək, eləcə də yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində görülən işlər Ərkivan Bələdiyyəsinin fəaliyyətini nümunəvi edən əsas amillərdəndir. Yolların asfaltlanması layihəsi də məhz sakinlərin rahatlığının təmin olunmasına yönəlmiş növbəti uğurlu addım kimi qiymətləndirilir. İ

nanırıq ki, həyata keçirilən bu işlər qəsəbənin inkişafına, sakinlərin məmnunluğunun artmasına və yerli özünüidarəetmə orqanlarına olan etimadın daha da möhkəmlənməsinə töhfə verəcəkdir. Ərkivan bələdiyyəsinin bu təşəbbüsü yerli özünüidarəetmənin imkanlarından səmərəli istifadə edilməsinin və vətəndaşların ehtiyaclarına həssas yanaşmanın bariz nümunəsidir.

Masallı xəbərləri 


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bələdiyə sədri qəbul keçirib

Region
05-04-2026
791