İcra başçısı ictimai baxışı bələdiyyə sədri ilə birgə keçirib
Mayın
15-də Mingəçevirdə 75, 76 və 87-ci məhəllələrdə aparılan əsaslı təmir və
abadlıq işlərindən sonra ictimai baxış keçirilib.
Baxışda
şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Mingəçevir Bələdiyyəsinin sədri
Anar İsmayılov, idarə və müəssisə rəhbərləri, ictimaiyyət və sakinlər iştirak
ediblər.
Görülən işlər çərçivəsində uşaq və gənclər üçün idman-əyləncə qurğuları quraşdırılıb, yaşıllıq zolaqları salınıb, oturacaqlar və kölgəliklər yerləşdirilib, həmçinin ərazilərin işıqlandırılması təmin edilib. İctimai baxış zamanı görülən işlər yüksək qiymətləndirilib, mövcud təklif və müraciətlərin icrası ilə bağlı aidiyyəti qurumlara tapşırıqlar verilib. Bildirilib ki, şəhərin bütün məhəllələrində abadlıq və yenilənmə işləri mərhələli şəkildə davam etdiriləcək.
Mingəçevir bələdiyyəsi
Rəylər
0 Rəy