Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

11-02-2026 , 19:01

165

Son xəbərlər

Bütün xəbərlər

Bələdiyyələr hara daha çox pul xərcləyir?

Gündəlik Xəbərlər
09-02-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Mingəçevir bələdiyyəsi beynəlxalq tədbirdə iştirak edib

"Merlər Razılaşması – Şərq Tərəfdaşlığı" təşəbbüsünə qoşulan bələdiyyələrin iştirakı ilə Azərbaycanda yerli iqlim fəaliyyəti imkanları barədə maarifləndirici tədbir keçirilib. Tədbir fevralın 10-da Bakıda təşkil olunub və bələdiyyə və milli qurumların 100-ə yaxın nümayəndəsini bir araya gəlib. Tədbirin əsas məqsədi Merlər Razılaşmasına üzvlüyün praktikada nə demək olduğunu iştirakçılara izah etməkdən ibarət idi.

"Merlər Razılaşması – Şərq Tərəfdaşlığı" komandası təşəbbüs haqqında məlumat verib və şəhərlər üçün konkret dəstək mexanizmlərini təqdim edib.

Tədbirdə iştirak edən Mingəçevir Bələdiyyəsinin sədri Anar İsmayılov "Şəhərlərin Dayanıqlı gələcəyi: Merlər Razılaşması Kontekstində Mingəçevir şəhərinin təcrübəsi" mövzusunda çıxış edib, iştirakçılara şəhər üzrə bələdiyyənin hazırladığı Dayanıqlı Enerji və İqlim üzrə Fəaliyyət Planı barədə məlumat verib və Plana daxil olan layihələrin təqdimatını diqqətə çatdırıb. O qeyd edib ki, Mingəçevir ölkədə "Merlər Razılaşması – Şərq Tərəfdaşlığı" tərəfindən Fəaliyyət Planının (SECAP-ın) hazırlanması üçün dəstək alan ilk şəhər olub və bu, yerli iqlim və enerji planlaşdırılması üçün zəmin yaradıb.

Mingəçevir Bələdiyyəsinin təqdim etdiyi layihələr tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Tədbirdə Avropa İttifaqının Azərbaycandakı səfiri Marijana Konjundric, Maldovanın şəhər meri Anatoli Topal, Energetika Nazirliyinin şöbə müdiri Cavid Mikayılov, təşəbbüsün komanda rəhbəri Christophe Frering, Şəki şəhər İcra Hakimiyyətinin başçısının müavini Səyyarə Musayeva çıxış ediblər.

Qeyd edək ki, bu təşəbbüsün ölkə üzrə milli koordinatoru Energetika Nazirliyidir.

"Merlər Razılaşması – Şərq Tərəfdaşlığı" Global Merlər Razılaşması ailəsinin tərkib hissəsidir. Bu qlobal təşəbbüs şəhərlərin iqlim liderliyi üzrə dünyanın ən böyük alyansıdır, 6 qitə ve 147 ölkəni təmsil edir və ümumilikdə 1,2 milyarddan çox əhalini əhatə edir.



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər