Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

12-01-2026 , 00:26

798

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Atabala Şeydayev: “Ərazi böyüdükcə və əhalinin sayı artıqdca bələdiyyənin də üzərinə düşən məsuliyyət yükü artıb”

“Bu gün bələdiyyənin qarşısında ciddi vəzifələr dayanır: birincisi büdcə gəlirlərini artırmaq, ikincisi vətəndaş məmnunluğunun təmin edilməsinə söykənən layihələri icra etmək, üçüncüsü şəffaflıq prinsiplərini qorumaqla seçicilərə xidmət etməkdir. Bunun üçün bələdiyyənin kollektivi  bütün   imkanlardan istifadə etməkdədir”- bu fikirləri Belediyye.infoya Şabran rayonu Pirəbədil bələdiyyəsinin sədri Atabala Şeydayev deyib.

Sədr qeyd edib ki, 6-cı bələdiyyə seçkilərindən sonra yerli özünüidarəetmə sahəsində aparılan islahatlar nəticəsində Pirəbədil bələdiyyəsinə Ağbaş, Çuxurazəmi, Əmirxanlı, Pirəbədil və Taxtalar bələdiyyələrinin əhatə etdiyi kəndlər  Pirəbədil bələdiyyəsinə birləşdirilərək yenidən formalaşdı.

Hazırda Pirəbədil  bələdiyyəsinin 13 nəfər üzvü və 17 nəfər qulluqçusu var.  İrili-xırdalı 38 kəndi əfatə edən bələdiyyənin ərazisində 10 min nəfərdən artıq sakin yaşayır.

Sədr qeyd edib ki, ərazi böyüdükcə və əhalinin sayı artıqdca bələdiyyənin də üzərinə düşən məsuliyyət yükü  də artıb. Məhz bu məsuliyyətin nəticəsidir ki, bələdiyyə əldə etdiyi maliyyə vəsaitinin 32 faizini ərazinin abadlıq-quruculuq işlərinə ayırıb.

Diqqətiçəkən məqam ondadır ki,  bələdiyyənin kollektivi ötən il  var qüvvəsi ilə çalışaraq büdcə gəlirlərini 2.5 dəfəyədək artırmağa nail olub. 

Ötən il əmlak vergisindən 14.677 manat, torpaq vergisindən 25.666 manat, 34.590 manat vəsait icarə haqqlarından bələdiyyə büdcəsinə daxil olub. Əldə etdiyimiz vəsaitin 67 faizi bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən daxil olub. Bu rəqəm ötən il ümumi büdcə gəlirlərinin 83 faizini təşkil edirdi. 

Kollektivin və vergi xidmətinin səyi nəticəsində bələdiyyədə əmlak vergisi 3.1 dəfə, torpaq vergisi 5.2  dəfə, icarə haqqlarını isə 13 dəfə artırmağa nail olmuşuq. Bu gün əsas diqqət məhz vergilərin artırılmasına yönəlib.  

Bələdiyyə vergilərində müəyyən edilən rüsumların həcmi son 25 il ərzində dəyişsəydi, o cümlədən ərazimizdə kifayət qədər olan  sənədsiz əmlakın sənədləşdirilməsindəki bürokratik amillər  aradan qaldırılmış olsaydı bu gün bələdiyyənin büdcə gəlirləri ötən il əldə etdiyimizdən üç dəfə çox ola bilər.

Sədr etiraf edib ki, cari ildə hədəfimiz 700 min manata yaxındır. Bunun üçün bələdiyyənin vergi xidməti təkmillləşdirilmiş BAMS sisteminin verdiyi imkanlardan yararlanmaqla yanaşı, həm də vergi ödəyiciləri ilə davamlı görüşləri keçirməklə hədəfə doğru addım atmaqdadır.  Bütün bunlara baxmayaraq göründüyü kimi cari il üçün təsdiq etdiyimiz büdcənin həcmi kifayət qədər yüksəkdir. Lakin inanırıq ki, nəzərdə tutduğumuz layihələri icra etməklə istəyimizə Şabran RİH-in dəstəyi və kollektivin birgə səyi ilə çata biləcəyik. 

Belediyye.info   


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər