Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

01-08-2025 , 23:04

2810

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Tünzalə Qardaşova: “Gələcək hesabatlarımızda vətəndaş fəallığını görmək ümidi ilə bütün sakinlərimizə təşəkkür edirik”

01.08.2025-ci il tarixində Boradigah bələdiyyəsində sakinlərə 2025-ci ilin ilk 6 ayına dair yarımillik fəaliyyət hesabatı təqdim olunub. Bu barədə məlumatı bələdiyyə sədri Tünzalə Qardaşova verib.

Sədr görüşdə hesabatı təqdim edib.

Sədr qeyd edib ki, ilin əvvəlindən 54.500 manat gəlir proqnozlaşdırılsa da, faktiki daxil olan məbləğ 8.361,34 manat olmuşdur:

Torpaq vergisi – 1.148,01 manat

Əmlak vergisi – 1.311,33 manat

Torpaq icarəsi – 4.002 manat

Torpaq satışı – 1.900 manat

Əməkhaqqı xərcləri ümumilikdə 5.631 manat təşkil etmişdir. Bunun 4.631 manatı əvvəlki, 1.000 manatı isə yeni bələdiyyə dövrünə aiddir.

Altı ayərzində şəhid məzarı və şəhid ailəsinin ziyarəti, ehtiyacların dinlənilməsi, qarlı hava şəraitində yolların təmizlənməsi, 8 Martda məktəb və xəstəxanada çalışan qadınların təbriki,  bələdiyyə binasında təmir-bərpa, lövhələrin quraşdırılması və yaşıllaşdırma işləri,  çətin keçilən küçələrə çınqıl tökülməsi,

yanğından zərər çəkmiş müharibə iştirakçısına yardım edilmiş, küçələrin mütəmadi təmizlənməsi, elektrik xətlərinə təhlükə yaradan ağacların kəsilməsi həyata keçirilmiş həmçinin  vergi borcu olanlarla maarifləndirici görüşlər keçirilmişdir

Bu müddət  ərzində ən çox müraciət pay torpaqları ilə bağlı olub.

Sədr çıxışında qeyd edib ki, nöqsanlarımızı da görür, onları aradan qaldırmaq üçün çalışırıq. Hədəfimiz daha effektiv və şəffaf yerli idarəçilikdir.

İclas zamanı Boradigah, Mollaoba və Babaser kəndlərini əhatə edən bələdiyyə ərazisində görülmüş işlər, maliyyə göstəriciləri, sosial fəaliyyətlər və gələcək planlar barədə ətraflı məlumat verildi.

Hesabatdan sonra iştirakçılar öz fikir və təkliflərini səsləndirdilər, ictimai müzakirələr aparılıb. İştirak edən sakinlərin çıxışları və təklifləri bələdiyyə tərəfindən yüksək qiymətləndirilib.

Sədr sonda qeyd edib ki, gələcək hesabatlarımızda da vətəndaş fəallığını görmək ümidi ilə bütün sakinlərimizə təşəkkür edirik.

 

 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər