Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

15-03-2026 , 20:43

100

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gəncə
- +

Niyazi Bayramov bələdiyyə sədrini əlli illik yubileyi münasibətilə təbrik edib

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Nizami Bələdiyyəsinin sədri Qoşqar Məmmədovu  50 illik yubileyi münasibətilə təbrik edib. Bununla əlaqədar Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasında görüş təşkil olunub.  Görüşdə Kəpəz Bələdiyyəsinin sədri Yaşar Abdullayev və İcra Hakimiyyəti Aparatının məsul əməkdaşları iştirak ediblər.

Niyazi Bayramov yubilyarı təbrik edərək uzun illər ərzində fəaliyyət göstərdiyi sahədə səmərəli iş apardığını, şəhərin ictimai və dini həyatında fəal rol oynadığını bildirərək, uğurlar arzulayıb. Qoşqar Məmmədov öz növbələrində göstərilən diqqətə görə şəhər rəhbərinə təşəkkürlərini bildirib. Daha sonra Niyazi Bayramov tərəfindən yubilyara “Təşəkkürnamə” və hədiyyələr təqdim olunub. 

Əlavə edək ki, Qoşqar Əjdər oğlu Məmmədov  11 mart 1976-cı il Gəncə şəhərində anadan olub.  Yeni Azərbaycan Partiyasının üzvüdür. 2005-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetini bitirib.

Əmək fəaliyyətinə  Azərbaycan Dövlət Aqrar Universitetinin   Kömrük işi və iqtisadi nəzəriyyə kafedrası asisstent kimi başlayıb.  ADAU, Kömrük işi və iqtisadi nəzəriyyə kafedrası asisstent, tədris şöbəsində  böyük dispetcer, rektorun köməkçisi, iqtisadi nəzəriyyə və maliyyə kafedrasında baş müəllim vəzifəsində çalışıb. 14.10.2013-09.06.2014 Gəncə şəhər icra Hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi baş məsləhətçi, 09.06.2014 02.02.2015 Gəncə şəhər icra Hakimiyyəti başçısı aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş üzrə şöbə şöbə müdiri vəzifəsində çalışıb.

2014 və 2019-cu ilin  dekabrında  və 2025 cü ilin yanvarında keçirilən  bələdiyyə seçkilərinə qatılıb və bələdiyyə üzvü,  ilk bələdiyyə iclasında bələdiyyə sədri vəzifəsinə seçilib. Bununla yanaşı ötən ilin noybarın Azərabycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasın illik hesabat yığıncağında idarə heyətinə üzv və Assosiasiyanın sədr müavini seçilib.

Nizami bələdiyyəsi hazırda ölkəmizdə formalaşan 685 bələdiyyədən fəaliyyəti ilə seçilən və təcrübəsi yayıla biləcək bələdiyyələr sırasında  ilk onluqda olan bələdiyyələr sırasındadır. 

P.S. Yubilyarı biz də təbrik edir,  inanırıq ki, dəyərli  bələdiyyə sədri sağlıqlı illərlə bələdiyyə sisteminin inkişafına bundan sonra da  öz töhfəsini layiqincə  verəcəkdir.


Rəylər

0 Rəy


Rəy yaz