Kəpəz bələdiyyəsinin təşəbbüsü ilə ağacəkmə aksiyası keçirilib
Aksiya
Kəpəz bələdiyyəsinin rəhbərliyi, üzvləri, bələdiyyə qullquçuları və struktur bölmələrinin işçiləri, könüllülər iştirak ediblər.
İştirakçılar
tərəfindən aksiyanın keçirildiyi ərazi yararsız tullantılardan təmizlənərək
yerində yerli iqlim şəraitinə uyğun 2000 ədəd yeni sərv ağac əkilib.
Ağacəkmə aksiyası Gəncə şəhərində quraqlığa davamlı bitkilərin,
yerli iqlimə uyğun ağac və kolların əkilməsi, həmçinin şəhərin ekoloji
tarazlığın bərpası və ərazinin gözəlləşməsi istiqamətində görülən işlərin
davamıdır.
Qeyd edək ki, əkilən ağaclara gələcəkdə qulluq göstərilməsi
üçün suvarma məsələləri həll edilib.
Mövsüm ərzində Kəpəz bələdiyyəsi tərəfindən Gəncə şəhərinin yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı işlərin davam etdirilməsi nəzərdə tutulub.
Rəylər
0 Rəy