İsmayıl Rəsulov: "“Belediyye.info” öz oxucularına yalnız informasiya təqdim edən bir media orqanı deyil,..."
FİDAN FƏRZƏLİYEVA YAZIR: Belediyye.info informasiya portalının dəyərli kollektivi!
Orxan Əliyev: “Belediyye.info” yalnız məlumat yayıcısı deyil, eyni zamanda...."
Bələdiyyə parkında iməcilik təşkil edilib
Eyvaz Orucov: "“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin fəaliyyətinin 15 illiyi münasibətilə Sizi və kollektivinizi təbrik edirik"
Hümbət Hüseynov: "Bələdiyyələrin vahid informasiya sistemi dövlət informasiya sistemi hesab olunursa, onun saxlanılması da..."
Azərbaycan və Özbəkistan QHT-ləri üçün birgə qrant müsabiqəsinin elanına hazırlıq görülür
Azərbaycan sülh danışıqlarının təşəbbüskarıdır
Bələdiyyələr bu gün vətəndaşların səsini eşidən demokratik tribunadır
Sədr: "Bələdiyyə olaraq əhalinin sosial rifahı üçün üzərimizə düşən vəzifələri yerinə yetirməkdə davam edəcəyik"
Təmraz Tağıyev: "Nərimanov bələdiyyəsi olaraq əsas məqsədimiz vətəndaş məmnunluğunu təmin etməkdir"

Yüklənir...
Gəncə şəhəri Nizami bələdiyyəsi
Ağsu rayonu Gəgəli bələdiyyəsi
Gəncə şəhəri Nizami bələdiyyəsi
Ağsu rayonu Gəgəli bələdiyyəsi
Gəncə şəhəri Nizami bələdiyyəsi
Bu gün Azərbaycan Milli QHT Forumunun X qurultayı keçirilib
Ramil İsgəndərli Azərbaycan Milli QHT Forumunun yeni rəhbəri seçilib
Qurultayda
ilk öncə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bötüvlüyü,
suverenliyi uğrunda qurban gedən şəhidlərin əziz xatirələri bir dəqiqəlik
sükutla yad olunub, Dövlət Himni səsləndirilib.
Qurultayda
Forumun Nizamnaməsinə köklü dəyişikliklər edilib, “prezident” postu ləğv
olunub, əsas səlahiyyətlər İdarə Heyətinə ötürülüb, İdarə Heyəti üzvlərinin səlahiyyət
müddəti 4 ildən 5 ilə qaldırılıb. Qurultayda köhnə tərkib tam heyətlə buraxılıb,
yeni tərkib formalaşıb.
Qurultayda
son 15 ildə ilk dəfə olaraq rəhbər şəxs dəyişdirilib. 5 nəfərdən ibarət İdarə
Heyəti yaradılıb.
İdarə
Heyətinin sədri postuna “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin rəhbəri
Ramil İskəndərli seçilib. O, 25 ilə yaxındır ki, QHT sahəsində iş təcrübəsinə
malikdir, peşəkar hüquqşünasdır, ABŞ, Britaniya, Almaniyanın nüfuzlu
universitetlərində hüquq üzrə müxtəlif proqramları bitirib. Ramil İskəndərli
xarici ölkələrdə beynəlxalq tədbirlərdə fəal iştirakı ilə seçilir. 2023-cü ilin
iyul ayından Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədridir. Beynəlxalq
hüquq və insan hüquqları sahəsində bir sıra elmi məqalələrin müəllifidir.
İdarə Heyətinin digər üzvləri də peşəkar QHT təmsilçilərindən formalaşıb. Onlar aşağıdakı şəxslərdir:
Pərvanə
Vəliyeva – “Sağlamlığa Xidmət” İctimai Birliyinin icraçı direktorudur.
O, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının məzunudur, “Prezident təqaüdçüsü” olub. Uzun illərdir QHT sahəsində fəaliyyət göstərir, BMT, ATƏT, ÜST və digər beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq təcrübəsinə malikdir. 2021-ci ildən Vərəm əleyhinə Avropa Koalisiyasının İdarə Heyətinin üzvüdür. 2023-cü ilin yayından Ermənistanın dağ-mədən sənayesinin ekoloji fəsadlarına qarşı fəaliyyətə başlayan "Environmental Protection First" (EPF) Koalisiyasının həmtəsisçisidir. 2024-cü ilin fevral ayında COP29 Təşkilat Komitəsinin üzvü təyin olunub.
Azər Allahverənov - “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədridir.
30 ildən çoxdur ki, QHT sahəsində fəaliyyət göstərir. Azərbaycan Gənclər İttifaqında, Uşaq və Gənclərin Xeyriyyə Fondunda çalışıb. Miqrasiya sahəsində geniş spektrli beynəlxalq fəaliyyəti ilə seçilir. 2021-ci ildən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvüdür. 2023-cü ildən “İNJURİA” jurnalının redaksiya şurasının sədridir. Xarici elmi jurnallarda sosial və humanitar, o cümlədən miqrasiya mövzularında yazılmış onlarla elmi məqalələrin müəllifidir. “Tərəqqi” və digər medallarla təltif olunub.
Xatirə
Vəliyeva - “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədridir.
Uzun illərdir ki, QHT sektorunda fəaliyyət göstərir. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində İctimai Şurasında, keçmiş “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətində təmsil olunub. Erməni dilini bilir.
Zaur
İbrahimli - “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin
sədridir.
25 ildən çoxdur ki, QHT sektorunda fəaliyyət göstərir. “Konstitusiya” Araşdırmalar Fondunda vitse-prezident olub. Beynəlxalq təşkilatlarla sıx iş təcrübəsinə malikdir. İctimai iştirakçılıq, korrupsiyaya qarşı mübarizə və bir sıra istiqamətlər üzrə peşəkar təlimçidir. 2021-ci ildən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvüdür. Xarici nəşrlərdə bir sıra elmi məqalələrin müəllifidir.
***
Qurultayda
çıxış edən Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin
QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev Qurultay üzvlərinin səsverməsi ilə
yeni formalaşmış İdarə Heyətinə fəaliyyətində uğurlar arzulayıb: “Azərbaycan
Milli QHT Forumu illərdir arzusunda olduğu islahatlar mərhələsinə qədər qoyur.
Estafeti bir nəsil digərinə yüksək ləyaqətlə ötürür. Bu, Azərbaycan vətəndaş cəmiyyətində
formalaşmış nümunəvi ictimai dəyərlərdən, yetkin mədəniyyətdən xəbər verir.
Forumun Nizamnaməsində aparılan sistem xarakterli dəyişikliklər qurumun müasir
dövrün tələblərinə uyğun çevik idarəçilik modelinə keçməsinə işarədir.
Qarşıdakı müddətdə bunun müsbət praktik nəticələrini görəcəyimizə ümid edirik.
Yeni İdarə Heyətini biz hadisələrin arxasınca gedən deyil, əksinə, müsbət təşəbbüslərin
bayraqdarı kimi təsəvvür edirik. Yeni İdarə Heyətindən QHT-lərin ictimai vəkilliyi
işində, ictimai maraqların müdafiəsində, o cümlədən cəmiyyətdə kök salmış mənfi
streotiplərin təmizlənməsi işində yüksək fəallıq gözləyirik”. PA rəsmisi
bildirib ki, qarşıdakı dövrdə QHT sektorunda islahatlar daha da dərinləşdiriləcək.
Bu islahatlar QHT-lərin sağlam, münbit şəraitdə inkişafı, şəffaf, hesabatlı fəaliyyəti
üçün meydanı daha da genişləndirəcək.
QHT-lərə
Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva Rauf Zeyniyə fəaliyyəti
dövründə Agentliklə sıx əməkdaşlığa görə təşəkkür edib və onu “Diplom”la təltif
edib. A.Əliyeva yeni heyəti də təbrik edib.
Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İsgəndərli etimada görə Qurultay üzvlərinə təşəkkür edib, gözləntiləri doğrultmaq üçün fəal iş aparacaqlarını bildirib.
Assosiasiyada 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir keçirilib
Ülviyyə Qarayeva: Qrant müsabiqələrində şəxslər deyil, QHT layihələri qiymətləndirilir
İmişli regional ədliyyə idarəsində bələdiyyələrin birləşməsi ilə bağlı yaradılmış komissiyanın ilk iclasları keçirilib
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib
İmişli regional ədliyyə idarəsində bələdiyyələrin birləşməsi ilə bağlı yaradılmış komissiyanın iclası keçirilib
Vüqar Tofiqli: Qanunda boşluqlar var, ona görə də bələdiyyələr də ciddi problemlərlə üz-üzə qalır
2024-cü ildə Şuşa rayonunda Ümumi məhsul buraxılışı və onun istifadəsi haqqında
"Bələdiyyələrin birləşməsindən sonra onların fəaliyyəti üçün daha sivil şərait yaradılacaq"-VÜQAR TOFİQLİ
MM bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsini qəbul edib
Bələdiyyələrin maliyyə mənbələrinin strukturunun dəyişdirilməsi təklif edilib-Vüqar Bayramov
Rəylər
0 Rəy