İcra başçısı bələdiyyənin bu təcrübəsindən yararlanmağı tövsiyə edib
“Qəbələdə aparılan abadlıq işləri çərçivəsində yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədi ilə Vəndam bələdiyyəsi tərəfindən qəsəbənin Hacı Zeynəlabdin Tağıyev və Dursun Hüseynov küçələrinə yeni asfalt örtüyü çəkilib”-bu barədə məlumatı adıçəkilən rayonun icra hakimiyyətinin internet resursunda paylaşılıb.
Belediyye.infonun əldə etdiyi digər məlumata görə, bugün rayonda keçirilən müşavirədə icra başçısı Səbuhi Abdullayev Vəndam bələdiyyəsinin bu addımını təqdirəlayiq hal hesab edərək, digər bələdiyyələri də vətəndaşları narahat edən problemlərin həlliylə bağlı addım atmağa səsləyib. RİH-ə yaxın mənbədən daxil olan məlumata görə, icra başçısı bələdiyyə sədrlərinə vergi yığımında ciddi irəliləyişə nail olmaq üçün bütün qüvvələri səfərbər etməyi, bu istiqamətdə Vəndam bələdiyyəsinin təcrübəsindən yararlanmağı tövsiyə edib.
Layihə barəsində Belediyye.infoya qısa və konkret açıqlama verən Vəndam bələdiyyəsinin sədri Asif Həşimov isə rəhbəri olduğu bələdiyyənin hər daim sakinləri narahat edən problemlərin həlli ilə məşğul olduğunu bildirb. 1100 metr əraziyə asfalt vurulduğunu qeyd edən sədr hazırda işlərin davam etdiyini, sakinlərin də bu işdə davamlı şəkildə dəstək göstərdiyini bildirib.
Belediyye.info
Rəylər
0 Rəy