Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

18-09-2023 , 19:37

9326

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

İcra başçısı bələdiyyənin bu təcrübəsindən yararlanmağı tövsiyə edib

“Qəbələdə aparılan abadlıq işləri çərçivəsində yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədi ilə Vəndam bələdiyyəsi  tərəfindən qəsəbənin Hacı Zeynəlabdin Tağıyev və Dursun Hüseynov  küçələrinə yeni asfalt örtüyü çəkilib”-bu barədə məlumatı adıçəkilən rayonun icra hakimiyyətinin internet resursunda paylaşılıb.

Belediyye.infonun əldə etdiyi digər məlumata görə, bugün rayonda keçirilən müşavirədə icra başçısı Səbuhi Abdullayev Vəndam bələdiyyəsinin bu addımını təqdirəlayiq hal hesab edərək, digər bələdiyyələri də  vətəndaşları narahat edən problemlərin həlliylə bağlı addım atmağa səsləyib. RİH-ə yaxın mənbədən daxil olan məlumata görə, icra başçısı bələdiyyə sədrlərinə vergi yığımında ciddi irəliləyişə nail olmaq üçün bütün qüvvələri səfərbər etməyi,  bu istiqamətdə Vəndam bələdiyyəsinin təcrübəsindən yararlanmağı tövsiyə edib.   

Layihə barəsində Belediyye.infoya qısa və konkret  açıqlama verən Vəndam bələdiyyəsinin sədri Asif Həşimov isə rəhbəri  olduğu bələdiyyənin hər daim sakinləri narahat edən problemlərin həlli ilə məşğul olduğunu bildirb. 1100 metr əraziyə asfalt vurulduğunu qeyd edən sədr hazırda işlərin davam etdiyini, sakinlərin də bu işdə davamlı  şəkildə dəstək göstərdiyini bildirib.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Mədəni irsin qorunması ilə bağlı yanlışlar

Gündəlik Xəbərlər
23-12-2025
717

Cari ildə bələdiyyələrə subvensiya niyə ayrılmadı?

Gündəlik Xəbərlər
21-12-2025
744

Geriyə baxanda... 

Gündəlik Xəbərlər
17-12-2025
870

Müsabiqəyə yekun vurulub, qaliblər də məlumdur

Gündəlik Xəbərlər
15-12-2025
780

İdarətemədə isalahatlar nəyi dəyişəcək? 

Gündəlik Xəbərlər
14-12-2025
839

Ədliyyə naziri Bərdə şəhərində qəbul keçirib

Gündəlik Xəbərlər
08-12-2025
756

Konfransda bələdiyyə  təmsilçiləri də iştirak edib

Gündəlik Xəbərlər
01-12-2025
909