Şəmkir RİH-in saytında köhnə xəbərlər niyə yeni tarixlə yerləşdirilir? CİDDİ
Dünən Şəmkir RİH-in saytında maraqlı bir vəziyyətlə qarsılasdim. Demək icra hakimiyyətinin başçısı Rəşad Tağıyevin ötən il keçirdiyi görüşləri saytda yeni tarixlə təqdim edirlər.
Son iki ay ərzində bu halın təkrarlanması isə bir növ məsuliyyətsizliyin nəticəsi kimi də hesab etmək olar. Saytın demək olar ki son iki ay ərzində icra başçısının icra hakimiyyətinin inzibati binasında keçirdiyi bütün görüşlər 2022-çi ildə keçirdiyi görüşlər idi.
Belə başa düşmək olar ki, icra başçısı rəhbərlik etdiyi rayonun internet resursuna baxmır. Yəqin ki baxmış olsaydı bu problemi, özüdə ciddi problemi görmüş olardı.
Biz yazıb göstərdik, nəticə çıxarmaq isə qalır icra hakimiyyətinin məmurlarının üzərində.
Təəssüf edirik ki, icra hakimiyyətində çalışan məmurlara bu barədə məlumat versək də, vəziyyəti düzəltmək əvəznə yeni tarixlə daha bir köhnə məlumatı yerləşdiriblər. Nə isə.
Gözləyək....
Rəylər
0 Rəy