Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

23-11-2026 , 20:13

95

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

ADSEA-dan qeyri-adi cavab: Bir ay gözlə, axırda bir sətirlik cavab al!



Maraqlıdır, deyilmi? Bir ay gözləyəsən, sonda isə bircə sətirdən ibarət cavab alasan. Nə isə, keçək mətləbə.

Bələdiyyələrə dövlət büdcəsindən dotasiya və subvensiyaların ayrılması dövlətin bu qurumlara göstərdiyi diqqət və qayğının mühüm nümunələrindən biridir.

Bu baxımdan, son illər dövlət büdcəsindən “Su təchizatı qurğularının istismarı və onlara xidmətlə bağlı bələdiyyələrə verilən maliyyə yardımı” məqsədilə vəsait ayrılması xüsusi əhəmiyyət daşıyır. Belə ki, ötən il bu məqsədlə dövlət büdcəsində 4 milyon 370 min manat vəsait nəzərdə tutulmuşdur.

Həmin vəsaitin hansı bələdiyyələrə ayrılması, bölgünün hansı meyarlar əsasında aparılması, vəsaitin necə xərclənməsi və ümumilikdə bu prosesin necə idarə olunması ilə bağlı üç dövlət qurumuna rəsmi sorğu məktubu ünvanlamışıq.

Maliyyə Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi sorğularımıza operativ şəkildə cavab verərək bildirmişlər ki, müvafiq qərara əsasən, sözügedən vəsaitin bölgüsünün aparılması Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) səlahiyyətlərinə aiddir.

Təəssüf ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin müvafiq qurumu sorğumuza mahiyyəti üzrə cavab vermək əvəzinə, bir cümləlik cavabla kifayətlənmişdir. Cavab məktubunda deyilir:

“Məktubda qeyd olunan məsələlərlə bağlı təqdim edilmiş sualların cavablandırılması məqsədilə müvafiq məlumatların əldə edilməsi üçün yerli bələdiyyələrlə əlaqə saxlamağınızı məqsədəuyğun hesab edirik”.

Bu cavab istər-istəməz bir sıra haqlı suallar doğurur. Belə çıxır ki, dövlət büdcəsindən ayrılmış 4 milyon 370 min manat vəsaitin bölgüsü və istifadəsi ilə bağlı məlumat əldə etmək üçün ölkə üzrə fəaliyyət göstərən 685 bələdiyyənin hər birinə ayrıca müraciət etməliyik?

Halbuki söhbət dövlət büdcəsindən ayrılmış vəsaitin bölgüsünü həyata keçirən, bu prosesə dair müvafiq məlumatlara malik olmalı olan dövlət qurumundan gedir. Hesab edirik ki, bu cür məsələlərdə ictimaiyyətə, xüsusilə də bələdiyyələrin fəaliyyəti üzrə ixtisaslaşmış informasiya resursuna dolğun, şəffaf və əsaslandırılmış məlumatların təqdim edilməsi olduqca vacibdir.

ADSEA rəsmilərinin diqqətinə çatdırmaq istərdik ki, “Belediyye.info” internet resursu 2015-ci ilin may ayından etibarən “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin həyata keçirdiyi layihə çərçivəsində fəaliyyət göstərir.

Fəaliyyət göstərdiyimiz müddət ərzində, artıq 11 ildən çoxdur ki, Ulu Öndər Heydər Əliyevin ölkəmizə yadigar qoyduğu yerli özünüidarəetmə sisteminin inkişafı, bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi və qarşılaşdıqları problemlərin həlli istiqamətində çoxsaylı layihələr həyata keçiririk.

Məqsədimiz sadədir: bələdiyyələrin fəaliyyəti ilə bağlı ictimaiyyətin dolğun və obyektiv məlumatlandırılmasına, yerli özünüidarəetmənin inkişafına töhfə verməkdir. Elə bu səbəbdən də dövlət qurumlarından ünvanladığımız sorğulara formal deyil, mahiyyəti üzrə cavablar gözləyirik. Çünki söhbət təkcə bir informasiya resursunun sorğusundan deyil, dövlət vəsaitinin bölgüsü və istifadəsi ilə bağlı ictimai maraqdan gedir.

Vüqar Tofiqli

Belediyye.info



​

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Sabiq bələdiyyə sədrinə ağır itki üz verib

Gündəlik Xəbərlər
23-11-2026
96

Ədliyyə işçilərinin peşə bayramı münasibətilə

Gündəlik Xəbərlər
22-11-2026
278

RİH-lərin bələdiyyələrə dəstəyi olarsa

Gündəlik Xəbərlər
18-10-2026
800