Siyasi rəhbərin ilk addımı
Gədəbəy RİH -ə yenicə təyinat alan Hacıbaba Babayevin belə tezliklə işə adaptasiya olacağını, etiraf edim ki, gözləmirdim. Şəhərin mərkəzi rayonlarının birində icra başçısının birinci müavini kimi məsul bir vəzifədə qazandığı təcrübəni az bir zaman kəsiyində ucqar dağ rayonunda tətbiq etmək elə də asan iş deyildi. Görünən odur ki, siyasi rəhbər əldə edilən təcrübənin tətbiqinə başlayıb. Həmdə unutmayaq ki, Binəqədi RİH-də çalışdığı dövrdə Hacıbaba Babayev praktiki şəkildə zəngin idarəçilik məktəbi keçib.
Beləliklə, təyinatının artıq səhəri günü Gədəbəy şəhərində şəhərlə tanışlığa başlamaq, Heydər Əliyev parkında görülən işlərlə tanış olmaq, parkın aid olduğu bələdiyyənin sədrinin görülən işlərlə bağlı məlumatlarını dinləmək siyasi rəhbərin ölkə başçısının etimadını layiqincə döğruldacağından xəbər verir.
Bütün
hallarda bizdə bu işdə siyasi rəhbərə dəstək verməklə onun bələdiyyələrin üzləşdiyi çətinliklərin
aradan qaldırılmasına dəstək verəcəyinə inanırıq.
Bir
daha xatırlatmaq istərdim ki, hazırda rayonda
formalaşan 10 bələdiyyədən yalnız ikisinin bank hesabı açıqdır və yalnız ikisinin
fəaliyəti təcrübəsi yayıla biləcək səviyyədədir. Bu sıraya fəaliyyəti ilə tanış olduğu Gədəbəy şəhər bələdiyyəsi və
Slavyanka bələdiyyəsidir. Digər bələdiyyələrin isə üst -üstə 500 mindən artıq DSMF-yə
borcu var. Bu qədər borcun bağlanılmasında bələdiyyələrin sözsüz ki, siyasi rəhbərin dəstəyinə, ən əsası tövsiyələrinə ehtıyacı olacaqdır. Düşünürəm ki, Binəqədi rayonuda olduğu kimi, Gədəbəydə də artıq siyasi rəhbər statusunda olan Hacıbaba Babayev bu dəstəyi göstərəcəkdir.
Beləliklə, bir neçə gündür siyasi rəhbər rayonla tanışlığını davam etdirir. Hər halda icra başçısının bu addımı təqdirəlayiq bir haldır, qəbul ediləndir və gözləniləndir. Bizə isə bu işdə siyasi rəhbərə və rayon sakinlərinə yalnız uğurlar arzulamaq qalır.
Vüqar Tofiqli
Rəylər
0 Rəy