Nümunəvi ştat cədvəlinin olması bələdiyyələrə nə verə bilər?
Bələdiyyələrin nümunəvi ştat cədvəlinin hazırlanıb təsdiq edilməsinə bu gün əşhədü ehtiyac var. Sual oluna bilər ki, niyə?
Qanunvericilik
bələdiyyələrə büdcə gəlirlərinin 50 faizədək hissəsinin əməkhaqqına ayrılmasına
icazə verir. Ancaq bu gün müşahidə və bu istiqamətdə apardığımız təhlillər göstərir
ki, büdcə gəlirləri artdıqca bələdiyyələrdə işçi sayı da artır. Biz bələdiyyə
qulluqçularının sayının artmasına qarşı deyilik. Ancaq işə qəbul edilən hər bir
şəxsin faydalı iş əmsalı olmalıdır. Təəssüf ki, bəzən əksinə olur. Bir nəfər
işləyir, üç nəfər əli cibində işə gəlir və işin sonunda gedir.
Əslində
hər bir bələdiyyədə işə qəbul komissiyası var, lakin onun fəaliyyəti kağız üzərində
olduğundan fəaliyyəti demək olar ki, sıfıra bərabərdir.
Bu
gün nümunəvi ştat cədvəlinin hazırlanması əslində bələdiyyə sədrlərini kənar müdaxilələrdən
qoruyan bir sənəd olmalıdır. Belə bir sənədin qəbulu sədrləri RİH-də və digər
üstün qurumlarda çalışan məmurların xahişlərindən bir növ azad edə bilər. Konkret.
Bu
gün bu proses, etiraf edək ki, bir çox bələdiyyə sədrlərini təngə gətirib. Ən təəssüfedici
fakt ondadır ki, bəzən xahiş və tapşırıqla işə götürülən şəxs, uzun illər
çalışanlardan daha çox əməkhaqqı alır və “dimdikdə” bələdiyyədə hərəkət edir.
Ona
görə də bələdiyyələrin kənd, qəsəbə və şəhər rayonları üzrə və əhali sayına görə
bölgüsü aparılmaqla nümunəvi ştat cədvəlinin təsdiqi bələdiyyələrdə əlavə xərclərə
də yol açmaz, ancaq bununla yanaşı öz
növbəsində işləyən bələdiyyə qulluqçularının da əməkhaqqlarının artırılmasına imkan yarada bilər.
Vüqar
Tofiqli
Rəylər
0 Rəy