Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

10-03-2026 , 09:54

178

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Dünən  bələdiyyə sədrlərinə zəng edib gül buketi sifariş edən məmur, bu gün.....CİDDİ


On rayon icra hakimiyyətinin son üç gündə paylaşdıqları məlumatları diqqətlə izlədim. Paylaşılan məlumatların əsas mövzusu Beynəlxalq Qadınlar gününə  həsr  olunan tədbirlərlə və ağacəkmə aksiyası ilə bağlı idi. Hər bir məlumatı oxuduqca diqqətimi bir məqam daha çox çəkdi.

Sual edirəm, təşkil olunan tədbirlərin hər birində bələdiyyələrin “xüsusi töhfəsi” olduğu halda, üstəlik tədbir və aksiyalarda bələdiyyə rəsmilərinin iştirak etdiyi halda hansı səbəbdən məlumatlarda bələdiyyələrin adları belə çəkilməyib?

Nəzərə alaq ki, on tədbirin hər birində bələdiyyələri təmsil edən rəsmi şəxslər yaxından iştirak ediblər. Bəzi şəkillərdə bələdiyyə üzvlərinin və qulluqçularının simaları açıq-aydın görünür. Düzdü, bəzi istisnalar olsa da,  icra başçılarının hətta səyyar görüşləri ilə bağlı paylaşılan məlumatlarda son günlər görüşdə iştirak edən bələdiyyə sədrlərinin bu və ya digər formada şəkillərinin paylaşılmaması təəsüf döğurur. Bəli, bu danılmaz bir faktdır. Ancaq mətləbdən uzaqlaşmayaq.

Deyə bilərsiniz ki, bələdiyyələrin çoxsaylı problemləri olduğu halda bu məqamı elə də ciddi problem sayılmamalıdır,  axı. Düzdür, razıyam, ancaq gəlin unutmayaq ki, hər bir problem öz başlanğıcını xırda bir səbəbdən götürür. Nə isə...

Demək. Şəmkir,  Nəsimi, Suraxanı,  Abşeron, Xəzər, Sabunçu, Xətai, Nizami, Binəqədi və Göyçay RİH-lərin yaydığı məlumatları diqqətlə izlədim. Yalnız Şəmkir, Xəzər  və Binəqədi RİH rəsmiləri paylaşdıqları tədbirdə bələdiyyənin təmsilçilərinin iştirakını qeyd ediblər.

Ən maraqlı məqam ondadır ki, dünən  bələdiyyə sədrlərinə zəng edib, xanımlar üçün gül buketi sifariş edən məmurlar bu gün şirin dillə danışdıqları sədrlərin təmsil etdiyi qurumun adını məlumatda paylaşmağa nədənsə əziyyət çəkiblər. Nə isə...

Təəsüfləndirici fakt bir də ondadır, hiss olunur ki, paylaşılan məlumatların bir çoxuna siyasi rəhbərlər heç baxmayıblar. Baxsaydılar, bəlkə də belə yazılmazdı. Çünki bir çox rayonlardan fərqli olaraq Sabunçu RİH başçısı Adil Vəliyevin, Suraxanı RİH başçısı Adil Əliyevin və Xətai RİH başçısı Rafiq Quluyevin  bələdiyyələrə göstərdikləri diqqət hər kəsin göz önündədir. Bu gün həmin rayon bələdiyyələrinin əldə etdiyi uğurlarda siyasi rəhbərlərin xüsusi rolu olduğunu hər kəs yaxşı bilir. Ancaq ümumilikdə  bir çox siyasi rəhbərlərin ətrafında olan RİH-lərdəki bəzi ixtisara düşmüş, vəzifəsi aşağı salınmış məmurlar kifayət qədər yararlandıqları doqquz hərfdən ibarət olan  bələdiyyənin adını yazmaqda niyə çətinlk çəkiblər, bax bu məqam çox maraqlıdır. Niyə bir məqamı unudublar ki, cari ilin əvvəlində RİH-lərdə həyata  keçirilən ixtisar zamanı bələdiyyəni gözümçıxdıya salan bəzi sabiq məmurlara bələdiyyə ştat açıb işlə təmin etdi. RİH-lərlə bağlı proses davam edərsə nəzərə alın ki, işiniz yenə bələdiyyəyə düşə bilər. Belə olan halda heç olmasa yaxşılıq toxunmunu indidən əkin, heç olmasa.

Bu cür etinasızlıq, hörmətsizlik, ən nəhayət eqoizm nə vaxtadək davam edəcək. Bu yanaşma ilə hara gedirsiniz. Ayıb deyilmi!!! 

İndisə paylaşılan məlumatlara diqqət yetirək.

Vüqar Tofiqli

****

8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Şəmkir RİH başçısı aparatının əməkdaşları, inzibati ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyə sədrləri, Birinci və İkinci Qarabağ müharibəsində şəhid olan qəhərman övladlarımızın ailələrini ziyarət edib, şəhid analarına və xanımlarına bayram təbriklərini çatdırıblar.

*****

Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin başçısı, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri, Nəsimi rayon Ağsaqqallar Şurasının sədri, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, Vətən müharibəsi şəhidlərinin və iştirakçılarının ailə üzvləri, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən, elm, təhsil, səhiyyə, mədəniyyət, hüquq mühafizə və digər sahələrdə çalışan qadınlar iştirak ediblər.

*****

5 mart 2026-cı il tarixdə Suraxanı Rayonu Heydər Əliyev Mərkəzində YAP-ın Suraxanı rayon təşkilatının “Şəhərsalma və Memarlıq İli” çərçivəsində təqdim etdiyi “8 Mart - Beynəlxalq Qadınlar Günü”nə həsr olunmuş “Qadın Gülərsə, Bəşəriyyət Gülər!” adlı tədbir keçirilib.

Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin deputatları Sevinc Fətəliyeva və Qaya Məmmədov, digər rəsmi şəxslər, Şəhid ailə üzvləri, Suraxanı rayonunun idarə, təşkilat, müəssisələrində fəaliyyət göstərən xanımlar – YAP Suraxanı rayon təşkilatının fəal üzvləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

*****

Abşeron rayonunda 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd edilib. Xırdalan şəhərində yerləşən Abşeron Rayon Mədəniyyət Mərkəzində baş tutan tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, regional idarələrin, rayonun hüquq-mühafizə orqanlarının, idarə-müəssisələrin rəhbərləri, şəhid ailələri və rayon ictimaiyyəti iştirak edib. Dövlət Himnimizin oxunması ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və vətənimizin bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

****

Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qala qəsəbəsi, Qala-Pirallahı avtomobil yolunun sağ hissəsində keçirilən aksiyada  Rayon  İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, RİH başçısının müavinləri və Aparatın əməkdaşları, Xəzər RİH başçısının qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, rayonun təhsil, səhiyyə, mədəniyyət, idarə, müəssisə və təşkilatların rəhbərləri və kollektivləri, Şəhid ailələri və müharibə iştirakçıları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

*****

Binəqədi Rayon İcra Hakimiyyəti və Biləcəri Bələdiyyəsinin birgə təşkilatçılığı ilə qəsəbənin 10 May küçəsində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində genişmiqyaslı ağacəkmə aksiyası keçirilmişdir. Aksiya zamanı ərazidə ümumilikdə 200 ədəd ağac əkilərək qəsəbənin ekoloji mühitinin yaxşılaşdırılmasına və yaşıllıq sahələrinin artırılmasına töhfə verilmişdir. Ağacəkmə aksiyasında Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi-təşkilati məsələlər sektorunun, Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin və Biləcəri Bələdiyyəsinin əməkdaşları, qəsəbə ictimaiyyəti iştirak ediblər.

******

07.03.2026-cı il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin inzibati binasında “8 Mart - Beynəlxalq Qadınlar Günü” ilə əlaqədar tədbir keçirildi.

Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları və rayon ictimaiyyətinin digər nümayəndələri iştirak edirdilər.

 

*****

2026-cı il mart ayının 6-da Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatı və Xətai rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “Azərbaycan cəmiyyətində qadınlar: ənənələr və çağırışlar” mövzusunda tədbir keçirilib.

Tədbirdə dövlət qurumlarının əməkdaşları, təhsil və səhiyyə müəssisələrinin rəhbərləri, partiya fəalları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

*****

Nizami Rayon İcra Hakimiyyətinin və Yeni Klinikanın birgə təşkilatçılığı ilə 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid ailələrinin xanımlarının iştirakı ilə “Zərifliyin gücü” adlı bayram tədbiri keçirilib.

****

Göyçay Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Mart – Beynəlxalq Qadınlar Günü və müqəddəs Ramazan ayı münasibətilə tədbir keçirilib.

Tədbirdə RİH başçısı Orxan Mürsəlov, Milli Məclisin deputatı Sabir Hacıyev, YAP rayon təşkilatının sədri Sahib Şükürov, şəhid anaları və şəhidlərimizin ömür-gün yoldaşları, həmçinin rayonun idarə, müəssisə və təşkilatlarında çalışan qadınlar iştirak edib.

 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Deputatların bələdiyyələrə münasibəti

Gündəlik Xəbərlər
14-02-2026
614

Keçən il 43 bələdiyyə sədri məsuliyyətə cəlb edilib

Gündəlik Xəbərlər
09-02-2026
473

Bələdiyyələr hara daha çox pul xərcləyir?

Gündəlik Xəbərlər
09-02-2026
441

Azərbaycanda nə qədər qadın bələdiyyə üzvü var?


Gündəlik Xəbərlər
09-02-2026
348

Suleyman Mikayılovu bu şəxs əvəz edəcək

Gündəlik Xəbərlər
02-02-2026
520

2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunur

Gündəlik Xəbərlər
02-02-2026
344