Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

22-11-2026 , 11:19

184

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Yasamal bələdiyyəsi rəhbərliyinin sakinlərlə növbəti görüşü keçirilib

Yasamal Bələdiyyəsinin sədri Tahir Məmmədovun və aparatın məsul işçilərinin iştirakı ilə Şəfayət Mehdiyev küçəsi 142 ünvanında yaşayan sakinlərlə növbəti səyyar görüşü keçirilmişdir. İlk öncə Bələdiyyənin sədri Tahir Məmmədov sakinlərə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı cənab Elşad Həsənovun salamlarını çatdırdı.Sədr Tahir Məmmədov sakinlər qarşısında Bələdiyyə tərəfindən görülən işlər barədə hesabatla çıxış etdi. Daha sonra binanın sakinləri binanın həyətinə asfalt örtüyünün çəkilməsi və  müxtəlif sosial məsələləri əhatə edən bir sıra mövzular qaldırdılar. Görüş zamanı səsləndirilən bütün müraciətlər diqqətlə dinlənilmiş,əlavə araşdırma tələb edən müraciətlər isə nəzarətə götürülmüşdür.  Sakinlər adından çıxış edənlər Elxan Əliyev,Rövşən Əliyev,Elşən Hacıyev və Vilayət Qasımov rayon ərazisində aparılan abadlıq- quruculuq  işlərinə görə Prezident cənab İlham Əliyevə öz minnətdarlığını bildirdilər. Rayon ərazisində sakinlərlə səyyar görüşlər bələdiyyə tərəfindən mütəmadi olaraq davam etdirilir.

Yasamal bələdiyyəsi 


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər