Seymur Həsənov: “Badamdar bələdiyyəsi daha bir irihəcmli layihəyə imza atıb”
“Badamdar bələdiyyəsi bələdiyyə iclaslarının qərarı ilə ərazidə irihəcmli layihələri icra etməklə qəsəbədə vətəndaş məmnunluğunun təmin edilməsinə hər zaman öz dəstəyini göstərir”-bu fikirləri adıçəkilən bələdiyyənin sədri Seymur Həsənov deyib.
Sədr
qeyd edib ki, bələdiyyə bu günlərdə daha
bir irihəcmli layihəyə imza atıb. Belə ki, Səbail RİH-in təşəbbüsü ilə bələdiyyə tərəfindən
qəsəbədə yerləşən N saylı hərbi hissənin qarşısındakı əraziyə və yol ayrıcına
yeni asfalt örtüyü salınmışdır. Görülən işlər çərçivəsində uzun müddət təmirə
ehtiyacı olan yol sahəsi yenilənərək asfalt örtüyü ilə təmin edilmişdir.
Asfalt
örtüyünün yenilənməsi nəticəsində həm nəqliyyat vasitələrinin, həm də
piyadaların hərəkəti daha rahat və təhlükəsiz olmuş, ərazinin ümumi görünüşü
yaxşılaşdırılmışdır.
Sədr qeyd edib ki, Badamdar bələdiyyəsi qəsəbənin infrastrukturunun inkişafı və sakinlərin sosial rifahının yüksəldilməsi istiqamətində fəaliyyətini bundan soinra da davam etdirəcəkdir.
Belediyye.info
Rəylər
0 Rəy