Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

16-05-2026 , 00:13

85

Son xəbərlər

Bütün xəbərlər

Sabiq icra başçısı dünyasını dəyişib

Gündəlik Xəbərlər
15-05-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Anar Adıgözəlov: “Qazi anasının bələdiyyənin inzibati binasına gələrək fəaliyyətimizə yüksək dəyər verməsi bizə əlavə stimul verib”

“Bu gün Sabunçu rayonu Maştağa bələdiyyəsində növbəti vətəndaş qəbulu keçirilib”- bu barədə Belediyye.infoya məlumatı adıçəkilən bələdiyyənin sədri Anar Adıgözəlov deyib.

Sədr qeyd edib ki, hər gün Maştağa bələdiyyəsinə müraciət edən hər bir vətəndaş bələdiyyə sədri, müavinlər və vergi xidmətinin əməkdaşları tərəfindən qəbul edilir.

Sədr qeyd edib ki, gün ərzində on nəfərdən artıq vətəndaşın iştirak etdiyi qəbulda sakinlərin sosial təminat, məişət problemləri və infrastruktur sahələri üzrə müraciətləri dinlənilib. Qazi ailəsi ona bələdiyyə tərəfindən göstərilən qayğıya görə, hətta təşəkkürünü bildirmək üçün qəbula gəlmişdir.

Açıqlamasında sədr bildirib ki, qazi anasının bələdiyyənin inzibati binasına gələrək fəaliyyətimizə yüksək dəyər verməsi bizə əlavə stimul verib.

Qəbulda hər bir vətəndaşın  müraciəti diqqətlə dinlənilmiş, qaldırılan məsələlərin araşdırılması və operativ həlli üçün aidiyyəti şöbələrə müvafiq tapşırıqlar verilmişdir.

Sədr  Belediyye.infoya açıqlamasında bildirib ki, davamlı şəkildə qəbulların keçirilməsi bilavasitə qəsəbədə vətəndaş məmnunluğunun təmin olunmasına xidmət edir. Bir çox hallarda vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə yerlərdə, məhəllələrdə görüşlər keçirilərək, sakinləri narahat edən məsələlər yerində dinlənilərək həlli ilə bağlı  bələdiyyədən asılı olan məsələlər öz həllini tapır. Digər məslələrin həlli isə icrası üçün  müavfiq qurumlara yönləndirilir.

Belediyye.info



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bu gün onun günüdür

Bakı
07-05-2026
1693