Allahverdi Həsənli: “Son iki il ərzində büdcə gəlirlərində ciddi şəkildə artıma nail olunub”
“Bu gün Əhmədli bələdiyyəsi olaraq rayonda aparılan abadlıq-quruculuq işlərinə, sakinlərin sosial- məişət qayğılarının həllində dəstəyimizi əsirgəmirik. Bütün hallarda qarşıya qoyduğumuz hədəfə doğru addım atılması isə hər bir bələdiyyədən maliyyə vəsaiti tələb edir”- bu fikirləri Belediyye.infoya Xətai rayonu, Əhmədli bələdiyyəsinin sədri Allahverdi Həsənli deyib.
Sədrin
sözlərinə görə, bələdiyyənin vergi xidməti BAMS proqramının verdiyi imkanlardan
yararlanaraq, habelə SMS xidmətindən istifadə etməklə büdcə gəlirlərinin həcmini
artırmağa çalışır. Məhz bu fəaliyyətin nəticəsidir ki, son iki il ərzində büdcə
gəlirlərində ciddi şəkildə artıma nail olunub.
Əgər 2024-cü ilin birinci rübündə 27.563 manat vəsait əldə edilmişdirsə, cari ilin birinci rübündə bu rəqəm 45.045 manat təşkil edib. Bu isə iki il ərzində 63 fazilik artım deməkdir. Əldə olunan vəsaitin 75 faizədək hissəsi isə əmlak vergisindən formalaşıb.
Əgər ərazidə sənədsiz əmlakların sənədləşdirilməsi sürətlənərdisə,
o cümlədən vergi tariflərinə yenidən baxılardısa bələdiyyənin büdcə gəlirlərində
kifayət qədər artım ola bilərdi.
Bütün bu çətinliklərə baxmayaraq bələdiyyə rühdan düşmür və ayaqda dayanaraq sakinlərinə xidmətdədir.
Belediyye.info
Rəylər
0 Rəy