Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

16-04-2026 , 11:14

178

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Təmraz Tağıyev: “Yağışın fəsadlarının aradan qaldrılmasında Nərimanov bələdiyyəsi də öz töhfəsini verməkdədir”

“Ölkə ərazisində son günlərdə intensiv yağan yağışlar paytaxtın bir sıra ərazilərində bir sıra ciddi fəsadlar törədib. Yaşanan çətinliklərin aradan qaldırılması istiqamətində dövlət qurumları tərəfindən operativ tədbirlər görülür. Görülən işlərə Nərimanov bələdiyyəsi də öz töhfəsini verməkdədir” – bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Təmraz Tağıyev deyib.

Sədr qeyd edib ki, rayonun Təbriz küçəsi  55 ünvanında yaşayan sakinlərin müraciətinə bələdiyyə iclasında baxılarıq yağışın binaya yaratdığı fəsadların aradan qaldırılması barədə qərar qəbul edilmişdir.

Sədr bildirib ki, mütəxəsislər əraziyə baxış keçirdikdən sonra həm binanın dam örtüyü, həm də yağış navalçalarının təmir edilməsi həyata keçirilmişdir. 

Az müddət ərzində, sürətli şəkildə və keyfiyyətlə  həyata keçirilən layihənin icrasını sakinlər razılıqla qarşılamışlar.

Bu Nərimanov bələdiyyəsinin  yağışın fəsadlarının aradan qaldırılmasında icra etdiyi növbəti layihə idi.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər