Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

05-03-2026 , 23:26

80

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Anar Adıgözəlov: “Maştağa bələdiyyəsi şəhid anasının müraciətini yerinə yetirdi”

“Belə ki, Sabunçu rayonu Maştağa qəsəbəsi, Albalılı I yaşayış massivi, Hüseynbala Əliyev küçəsində yolun mövcud vəziyyətinin yaxşılaşdırılması ilə bağlı şəhid anası Abdullayeva Gülxar Ramazan qızının, o cümlədən ərazidə yaşayan sakinlərin kollektiv müraciəti bələdiyyə iclasında müzakirə olunaraq müsbət qərar qəbul edilmişdir”- bu barədə məlumatı adıçəkilən bələdiyyənin sədri Anar Adıgözəlov deyib.

Sədrin sözlərinə görə,  qəbul edilmiş qərara əsasən qeyd olunan ünvanda abadlıq və cari yol təmir işləri həyata keçirilmişdir. Görülmüş işlər çərçivəsində yol səthi xüsusi texnikalar vasitəsilə hamarlanmış, yol çuxurları karbonat materialı ilə möhkəmləndirilmiş, səviyyəsi  bərabərləşdirilmiş və yol boyunca çınqıl örtüyü yayılaraq hərəkət üçün yararlı vəziyyətə gətirilmişdir.

Sədr daha sonra qeyd edib ki, aparılmış təmir işləri nəticəsində küçədaxili yolun texniki vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdırılmış, piyadaların və nəqliyyat vasitələrinin təhlükəsiz və rahat hərəkəti təmin olunmuşdur.

Maştağa bələdiyyəsi tərəfindən bundan sonra da bələdiyyə iclasında təsdiq edilmiş proqrama əsasən  ərazidə abadlıq və infrastrukturun yaxşılaşdırılması istiqamətində işlər davam etdiriləcəkdir.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bu gün onun günüdür
Bakı
23-02-2026
755