Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

03-03-2026 , 00:41

74

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Bələdiyyənin növbəti iclası  gender məsələlərinin həllinə həsr olunub

Suraxanı rayonu, Zığ bələdiyyəsinin növbəti iclası keçirilib. İclas bələdiyyənin “Gender məsələləri və məişət zorakılığı ilə mübarizəyə dair Komissiya”nın fəaliyyətinə həsr olunub.  İclasda sədr Arzu Aslnaovanın ”Gender məsələləri və məişət zorakıllığı ilə mübarizəyə dair”maarifəndirmə işlərinin aparılması barədə məruzəsi dinlənilib.

 Sədr məruzəsində bələdiyyənin ”Gender məsələləri və məişət zorakıllığı ilə mübarizəyə dair” həyata keçirdiyi layihələrə toxunaraq müntəzəm olaraq, qəsəbə əhalisi arasında maarifləndirmə işlərinin aparılmasını və müvafiq məlumatlandırıcı broşürlərin paylanmasını təklif edib.

 İclasda komissiya üzvü Gövhər Çobanzadə çıxışında  bələdiyyədə 11.06.2025-ci il tarixdə “Gender məsələləri və məişət zorakılığı ilə mübarizəyə dair” yeni komissiya yaradıldığını qeyd edərək,  komissiya üzvləri tərəfindən qəsəbədə olan ailələrlə müntəzəm görüşlərin keçirildiyini diqqətə çatdırıb. Belə ki, görüşlər nəticəsində aşkar edilən bu cür həssas qrupa aid  ailələrə mənəvi kömək göstərilməsi,onların qayğı və problemlərinin həlli istiqamətində aidiyyatı qurumlara müraciət olunmasının da nəzərdə tutulduğunu vurğulayıb.

 Komissiya üzvü eyni zamanda, çıxışında məişət zorakılığının bütün cəmiyyətlərdə olduqca mürəkkəb bir proses olduğunu, problemin həlli üçün isə hərtərəfli yanaşma və məqsədli tədbirlərin həyata keçirilməsinin tələb olunduğunu bildirib.

 İclasda qərara alınıb ki,  qəsəbə əhalisi ilə”Gender məsələləri və məişət zorakıllığı ilə mübarizəyə dair”maarifəndirmə işləri davam etdirilsin. Bu məqsədlə,qəsəbə ərazisində yaşayan ailələrə məlumatlandırıcı broşürlər paylansın.

Belediyye.info


 

 

 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bu gün onun günüdür
Bakı
23-02-2026
685