Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

02-03-2026 , 16:48

214

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Anar Adıgözəlov: “Bu gün bələdiyyənin vergi xidməti əminliklə hədəfə doğru irəliləməkdədir”

“Bu gün hər bir  bələdiyyənin vergi xidmətinin büdcə gəlirlərini artırmağa söykənən strateji proqramı olmalıdır. Maştaga bələdiyyəsi də bu istiqamətdə ciddi addımlar atır. Bələdiyyənin vergi xidməti təsdiq edilmiş proqrama uyğun hərəkət edərək vergi yığımında cari ilin ilk iki ayında ciddi irəliləyişə nail olub”- bu fikirləri adıçəkilən bələdiyyənin sədri Anar Adıgözəlov deyib.

Sədr qeyd edib ki, 2026-cı il üzrə bələdiyyənin  büdcəsinin 745.000 manat proqnozlaşdırılsa da, hədəfimiz 800 min manatlıq büdcə gəliri əldə etməkdir.

Qəsəbə ərazisində  mövcud olan əmlakın cəmi 20 faizinin çıxarışı olduğunu nəzərə alsaq, bələdiyyənin vergi xidmətinin hansı bir məsuliyyətli yükü üzərinə götürdüyünün şahidi olarıq. Bu gün bələdiyyənin vergi xidməti əminliklə hədəfə doğru irəliləməkdədir.

Cari ilin yanvar ayında 66 min manat, fevral ayında isə 65 min manat büdcə gəlirinin əldə etməsi hədəfə çatacağımızdan xəbər verir. Büdcə gəlirinin artırılması nəticə etibari ilə bələdiyyənin həyata keçirdiyi layihələrin icrasını sürətləndirilməsinə, həm də qəsəbədə bələdiyyənin çəki və nüfuzunun artmasına  geniş imkanlar yaradır.

Maliyyə intizamının gücləndirilməsi, yerli gəlir mənbələrinin genişləndirilməsi və büdcə daxilolmalarının artırılması istiqamətində müvafiq tədbirlər Maştağa bələdiyyəsi tərəfindən davam etdirilməkdədir.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bu gün onun günüdür
Bakı
23-02-2026
685