Əsas məqsədimiz : TƏBRİZ AĞAYEV YAZIR
Xəzər rayonu, Buzovna bələdiyyəsinin icra aparatı yerli özünüidarəetmə prinsiplərinə uyğun olaraq ərazidə sosial-iqtisadi inkişafın təmin olunması, yerli vergilərin səmərəli yığımı və sakinlərin sosial rifahının yüksəldilməsi istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərir. Bu gün Buzovna bələdiyyəsinin əsas məqsədi şəffaf idarəetmə mexanizmlərini tətbiq etməklə bələdiyyə büdcəsinin formalaşdırılması və əldə olunan vəsaitlərin əhalinin ehtiyaclarına uyğun istiqamətləndirilməsidir.
Məlumdur
ki, yerli vergilərin yığımı sahəsində fəaliyyət bələdiyyənin maliyyə
dayanıqlığının əsasını yerli vergilər və ödənişlər təşkil edir. Bələdiyyənin icra aparatı tərəfindən torpaq və əmlak vergilərinin
uçotu mütəmadi yenilənir, təkmilləşdirilir, vergi ödəyiciləri ilə maarifləndirici
görüşlər keçirilir və ödənişlərin vaxtında həyata keçirilməsi üçün bildiriş
sistemi tətbiq olunur.
Son dövrlərdə rəqəmsal qeydiyyatın genişləndirilməsi, məlumat
bazasının təkmilləşdirilməsi və borclu sakinlərlə fərdi işin aparılması nəticəsində
yığım səviyyəsində əhəmiyyətli artım müşahidə edilmişdir. Bu yanaşma həm büdcə
daxilolmalarının artmasına, həm də vergi intizamının güclənməsinə şərait
yaratmışdır.
Yığılan vəsaitlər ilk növbədə sosial əhəmiyyətli layihələrin
icrasına yönəldilir. İcra aparatı tərəfindən aztəminatlı ailələrə maddi yardım
göstərilməsi, şəhid ailələri və qazilər və veteranlara dəstək proqramlarının həyata
keçirilməsi daim Buzovna bələdiyyəsinin rəhbərliyi tərəfindən diqqət mərkəzində
saxlanılır.
Eyni zamanda qəsəbə ərazisində abadlıq və infrastruktur
layihələri icra olunur. Küçələrin təmiri, işıqlandırma sistemlərinin yenilənməsi,
məhəllədaxili yolların bərpası və tullantıların vaxtında daşınmasının təşkili
istiqamətində aparılan işlərə dəstək sosial rifahın yüksəldilməsinə xidmət edir.
Yaşıllıq zonalarının salınması və ictimai məkanların abadlaşdırılması istiqamətində
görülən işlər də sakinlərin rahatlığını təmin etməyə yönəlmişdir.
İcra aparatı vətəndaş müraciətlərinə həssaslıqla yanaşır, qəbul
günləri və səyyar görüşlər vasitəsilə sakinlərin problemlərini birbaşa dinləyir.
Daxil olan müraciətlər operativ şəkildə araşdırılır və qanunvericiliyə uyğun tədbirlər
görülür. Büdcə vəsaitlərinin xərclənməsi barədə hesabatlılıq prinsipi əsas
götürülür və ictimaiyyətə mütəmadi məlumat verilir.
Bələdiyyə rəhbərliyi qarşıdakı dövrdə vergi bazasının daha
da genişləndirilməsi, sosial layihələrin sayının artırılması və müasir idarəetmə
mexanizmlərinin tətbiqini prioritet istiqamət kimi müəyyənləşdirmişdir. Əsas məqsəd
Buzovnada dayanıqlı inkişaf modelinin formalaşdırılması və əhalinin sosial
rifahının daha da yaxşılaşdırılmasıdır.
Beləliklə, Buzovna bələdiyyəsinin icra aparatı yerli vergilərin
səmərəli təşkili və sosial problemlərin ardıcıl həlli istiqamətində sistemli fəaliyyət
göstərərək qəsəbənin inkişafına mühüm töhfə verməkdədir.
Təbriz
Ağayev
Xəzər
rayonu, Buzovna bələdiyyəsinin sədr müavini
Rəylər
0 Rəy