Kamandar Zeynalov: “Son bir il ərzində Bilgəh bələdiyyəsinin
əsas fəaliyyəti sakinlərə layiqincə xidmət etmək olmuşdur”
“Bu gün bizim bələdiyyənin əsas vəzifəsi qəsəbə ərazisində vətəndaş məmnunluğunun təmin edilməsidir” - bu fikirləri Belediyye.infoya Sabunçu rayonu, Bilgəh bələdiyyəsinin sədri Kamandar Zeynalov deyib.
Vətəndaş məmnunluğunun təmin edilməsi ilk növbədə bələdiyyəyə
edilən müraciətlərin tez bir zaman kəsiyində öz həllini tapmasıdır. Odur ki,
kollektivin hər bir üzvü bu müraciətlərə
həssaslıqla yanaşır.
Bu günlərdə qəsəbənin Süleyman Rəhimov, Əhməd Bakıxanov və keçmiş
Dəniz küçəsində qrunt sularının artması və güclü yağışlar səbəbindən
sakinlərin gediş-gəlişində yaranan problemin həlli istiqamətində addımlar
atılmışdır. Bələdiyyəyə edilən müraciətlərə əsasən bələdiyyədə yaradılmış
komissiya əraziyə baxış keçirmiş və müraciət bələdiyyə iclasına çıxarılaraq
problemin aradan qaldırılması üçün
müvafiq addımların atılması qərara alınmışdır.
Hazırda adıçəkilən küçələrə yaranmış vəziyyət aradan
qaldırılmış ərazidən su çəkilmiş, çınqıl tökülərək bərkitmə işləri
aparılmışdır.
Sədr qeyd edib ki, yay aylarında isə əraziyə asfalt qatı
vurulması nəzərdə tutulmuşdur.
Son bir il ərzində
Bilgəh bələdiyyəsinin əsas fəaliyyəti sakinlərə layiqincə xidmət etmək
olmuşdur. Bununla atdığımız addımlar nəticədə ərazidə bələdiyyənin çəki və
nüfuzunun artımasına da müsbət təsirini göstərib.
Belediyye.info
Rəylər
0 Rəy