Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

25-02-2026 , 15:13

251

Son xəbərlər

Bütün xəbərlər
Bu gün onun günüdür
Bakı
23-02-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Təbriz Ağayev: “Xocalı soyqırımından çıxardığımız əsas  dərslərdən biri...”


26 fevral Azərbaycan tarixinin ən qanlı və faciəli səhifələrindən biri olan Xocalı faciəsinin otuz dördüncü ildönümü tamam olur. Ölkə bələdiyyələri, o cümlədən Buzovna bələdiyyəsi tərəfindən şəhidlərimizin əziz xatirəsinin daim uca tutulması, Xocalı həqiqətlərinin təbliği və gənc nəslin vətənpərvərlik ruhunda formalaşdırılması istiqamətində ardıcıl şəkildə fəaliyyətini davam etdirir. Şəhid ailələrinə və qazilərimizə göstərilən diqqət və qayğı hər zaman  hər bir bir bələdiyyənin prioritet istiqamətlərdən biri olmalıdır.

Xəzər rayonu, Buzovna bələdiyyə sədrinin müavini, ictimai fəal  Təbriz Ağayevin Xocalı soyqırımı haqqında açıqlamasında bir çox məqamlara toxunub. 

Sədr müavini qeyd edib ki, “Xocalı faciəsi Azərbaycan xalqına qarşı törədilmiş ən dəhşətli cinayətlərdən biridir. Hər bir dinc insanın həyatına qarşı bu amansız hücum qəbuledilməzdir və biz bunu tarix boyu unutmamalıyıq". 

Təbriz Ağayev bildirib ki, "Xocalı soyqırımı yalnız tarixi hadisə deyil; bu, bizə bir dərsdir - azadlığımızı, torpağımızı və xalqımızı qorumaq üçün daim bir olmalıyıq. Gələcək nəsillərimizə bu tarixi yad etmək vacibdir.  Xocalı soyqirimindan çıxardığımız əsas dərslərdən biri bizə göstərir ki, xalqımızın birliyi və həmrəyliyi ən böyük gücdür. Biz bu faciəni yad edərkən həm qurbanları ehtiramla xatırlayır, həm də milli birliyimizi gücləndiririk".

Ancaq bununla yanaşı Xocalı soyqırımı beynəlxalq hüquq çərçivəsində soyqırımı kimi tanınmalı və dünya ictimaiyyəti tərəfindən qəbul edilməlidir. Biz bunun üçün səy göstərməli və tariximizin faciəli məqamlarını unutmamalıyıq.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bu gün onun günüdür
Bakı
23-02-2026
369